Milli Məclisdə YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirilib
Tarix: 02.02.2016 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Fevralın 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “İdarəetmədə islahatlar və gənclik: Gənclər Milli Məclisdə” layihəsi çərçivəsində parlamentdə görüş keçirilib.
Milli Məclis sədrinin müavini Bahar Muradova görüşdə çıxış edərək ölkəmizdə 2 fevral - Gənclər Gününün artıq uzun illərdir qeyd edildiyini söyləyib. Bildirilib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə, çağırışlarla üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı. Görülən bütün işlər Azərbaycanın gəncliyi və gələcəyi üçün edilirdi. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasıyasını sürətləndirməyə xidmət edirdi.
Bahar Muradova bu gün gənclərin Azərbaycanın güclü dayaqlarından birinə çevrildiyini deyib. O, ölkədə gənclik adına görülən bütün işlərin Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət etdiyini söyləyib. Vurğulayıb ki, bu səbəbdən 2 fevral - Gənclər Günü təkcə gənclərin deyil, eyni zamanda, Azərbaycan xalqının, dövlətinin bayramıdır.
Bildirilib ki, Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır. Getdikcə gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. Biz parlamentdə bir çox məsələlərdə çoxillik müdrik təcrübəyə və nəzəri biliklərə əsaslanan gəncliyin səsini eşitməkdəyik. YAP Gənclər Birliyi isə Azərbaycan cəmiyyətində fəaliyyət göstərən ən öncül, ən aparıcı hissədir.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanda hər il təntənə ilə qeyd olunan Gənclər Gününün ölkə gənclərinə ulu öndər Heydər Əliyevin hədiyyəsi olduğunu söyləyib. Bildirilib ki, bu gün Azərbaycan gəncliyinin əldə etdiyi nailiyyətlərdən çox danışmaq olar. Bugünkü gəncliyin bu səviyyəyə çatması heç də təsadüfi deyil.
Tarixə qısaca nəzər salanda görürük ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gənclər hərəkatından söhbət gedə bilməzdi. Gənclərimiz təhsil hüququndan kənar qalmışdılar. Gənclər təşkilatlarından ümumiyyətlə söhbət gedə bilməzdi. Gənclər pərakəndə idi, onlar hər hansı siyasi qrupların və yaxud da hansısa birləşmələrin maraqlarına uyğun fəaliyyət göstərirdilər. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu sahədə böyük işlər görülməyə başlandı. İlk dəfə olaraq gənclərlə işləyəcək mərkəzi icra hakimiyyəti orqanı yaradıldı. Gənclər fəaliyyətinin, gənclər siyasətinin hüquqi əsasları, təməlləri düzgün qoyulmağa başlandı. Ondan sonra forumların keçirilməsi, gənclərin dövlət idarəetmə orqanlarında, seçkili orqanlarda önə çəkilməsi onlara stimul verdi.
Görüşdə Azərbaycanda əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Qeyd edilib ki, 2003-cü ildən başlayaraq gənclər siyasəti yeni bir müstəviyə qədəm qoyub. Həmin ildən başlayaraq bir neçə dövlət proqramı həyata keçirilib.
Digər çıxış edənlər ölkəmizdə dövlət gənclər siyasəti sahəsində görülən işlərdən, gənclərə göstərilən diqqət və qayğıdan söz açıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev daim gənclərə böyük qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Azərbaycanda hər zaman gənclərin yaxşı yaşamaları, təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün müxtəlif dövlət proqramları həyata keçirilib. Bu gün də Azərbaycan dövlətinin siyasətində gənclərlə iş prioritet istiqamətlərdən biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info