Əli Həsənov Qubada sakinlərin problemləri ilə maraqlanıb
Tarix: 02.02.2016 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Quba rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təklif və müraciətlər müzakirə olunub. “KanalEF” xəbər verir ki, görüş iştirakçıları ümummilli lider Heydər Əleyevin abidəsini ziyarət edib, xatirəsini anıblar. Mədəniyyət Mərkəzində davam edən tədbiri Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov açaraq son illər Qubada görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Vurğulanıb ki, respublikanın digər bölgələrində olduğu kimi, Qubada da bu illər ərzində yeni müəssisələr istifadəyə verilib, şəhər və kəndlərdə geniş abadlıq-quruculuq işləri aparılıb, yaşayış məntəqələrinin böyük hissəsi qazlaşdırılıb, qubalılar bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-cı ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə rayon ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır. Bildirilib ki, iqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək.Tədbirdə Qubanın sosial-iqtisadi inkişafı ilə bağlı preoritet məsələlər də müzakirə olunub.
Rayonda meyvəçiliyin, heyvandarlığın, xalçaçılığın və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi yolları diqqətə çatdırılıb. Qubada meyvə emalı müəssisələrinin yaradılması, eləcə də son illərdə fəaliyyəti məhdudlaşan konserv zavodunun fəaliyyətinin yenidən bərpasının vacibliyinə toxunan Əli Həsənov yerli icra strukturlarının rəhbərlərinə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov çıxış edərək, Qubanın sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər səsləndiriblər. Görüş iştirakçıları dövlətimizin başçısının antiböhran tədbirlərini dəstəklədiklərini bildirib, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar. Çıxışlarda rayon əhalisi ilə dövlət nümayəndələrinin birgə fikir mübadiləsi aparmasının əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə Qubanın inkişafı ilə bağlı müraciət və təkliflər qeydiyyata alınaraq, onların həllinə kömək göstəriləcəyi bildirilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info