Dünyanın iri şirkətləri işçilərini ixtisar edirlər
Tarix: 03.02.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Son zamanlar neftin qiymətində müşahidə olunan kəskin enmələr neft ixrac edən ölkələrin iqtisadiyyatında mənfi tendensiyaların yaşanmasına səbəb olur. Dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.

Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı itkiləri aradan qaldırmaq üçün daha çox istehsal etmək məcburiyyətində qalıblar

Neftin qiymətində baş verən dəyişikliklər hazırda da davam edir. Bu gün hamını düşündürən sual odur ki, neftin qiymətlərində baş verən enmə müvəqqətidir, yoxsa daha da yüksəlmə müşahidə olunacaq? Mütəxəssislərə görə, neftin qiymətindəki bu qədər enməni heç kim gözləmirdi. 2011-ci illə 2014-cü il arasında neftin bir barelinə 100 dollar ödənilərkən, hazırda bu, orta hesabla 30 dollar təşkil edir. O da vurğulanır ki, mövcud aşağı qiymətlər neft şirkətlərinin yeni sərmayələr qoymasını mümkün etməyəcəyi üçün istehsal azalacaq və neft təklifində azalmalar müşahidə ediləcək. Ancaq mütəxəssislərə görə, bu, bir neçə il ola bilər.
Mütəxəssislər belə bir fikir irəli sürür ki, neft qiymətləri bir neçə il ucuz qalacaq. Çünki neft qiymətlərinin aşağıya doğru enməsinə təzyiq göstərən faktorların hamısı davam etməkdədir. Buna Amerikanın istehsalı davamlı artırması, ucuzlaşan neft səbəbilə büdcə kəsirini tamamlamaq üçün istehsalını artırmaq məcburiyyətində qalan Venesuela kimi yoxsul neft istehsalçısı ölkələr də əlavə olunduqda neftin qiymətinin aşağı olma ehtimalı yüksəlir. Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı ucuzlaşan neft səbəbilə uğradıqları gəlir itkisini aradan qaldırmaq üçün daha çox istehsal etmək məcburiyyətində qalırlar. Bu da bazar neftinin çox olmasına, qiymətlərin də düşməsinə səbəb olmaqdadır. Bəzi analitiklər 20 dollar kimi qiymətlərdən söz etsələr də, hətta 10 dollardan danışan mütəxəssislər belə, var. “Fueloil”, yəni qızdırıcı yanacağın qiyməti bu gün etibarilə 100 litr üçün 40 avro səviyyəsindədir. Bu qiymət ən son 2004-cü ildə görülüb. Aşağı qiymətlər baxımından müştərilər yanacaq saxlamağa çalışdığı üçün hazırda firmalar tələbi qarşılamaqda çətinlik çəkirlər. Bir çox firma ən az 30 gün gözləmə müddəti tələb etməkdədir. Mütəxəssislərə görə, qiymətlər orta hesabla aşağı qalacağı və hətta daha da düşəcəyi üçün ehtiyat toplamaq məqsədilə tələsməmək və bir az da gözləmək faydalıdır. İsinmək üçün istifadə olunan təbii qaz qiymətləri neft qiymətləri qədər düşməyib və düşməsi də gözlənilmir. Təbii qaz qiymətləri 2009-cu ildən etibarən bir qədər aşağı düşsə də, bu ucuzlaşma neft qədər deyil. Bazarı təbii qazla təmin edən 700 firmadan 200-ü qiymətlərdə 5 faiz endirim edəcəklərini açıqlayıb. Ötən illərdə mənzillərin qızdırılmasında istifadə edilən “fueloil”, təbii qaza nisbətən 20 faiz baha idi. Hazırda vəziyyət tərsinədir- “fueloil” qazdan ucuz hala gəlib.

BP 4-cü rübdə 2,2 milyard dollar zərər edib
Dünyanın qabaqcıl neft və qaz şirkətlərindən olan BP maliyyə ilinin 4-cü rübündə zərərinin 2014-cü ilin eyni dövrü ilə müqayisədə artdığını bildirib. BP zərərin artmasına səbəb kimi neft qiymətlərindəki sürətli enməni, neft axtarışı və istehsalda yaranan dəyər itkisini, yenidən qurulma xərclərini göstərib. BP 4-cü rübdə 2,2 milyard dollar zərər edib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 969 milyon dollar zərər yaranmışdı. 2015-ci ilin sonunda konkret zərər 6,5 milyard dollar ilə son 20 ilin ən yüksək səviyyəsinə çıxdığı halda, faiz və vergi öncəsi zərər isə 2014-cü ildəki 8,1 milyard dollardan 5,2 milyard dollara gerilədi. BP neft, təbii qaz axtarışı və istehsal fəaliyyətlərini əhatə edən Upstream əməliyyatlarında çalışan işçi sayını 2016-cı ildə 4 min nəfər azaltmağı düşünür. 2017-ci ilə qədər isə neft-təbii qaz təmizləyici və ticarət əməliyyatlarında çalışan işçilərin sayı 3 min nəfər azaldılacaq.
"Düşünmürəm ki, OPEC-ə üzv olan, habelə digər neft hasil edən ölkələr, o cümlədən Rusiya "qara qızıl"ın qiymətini artırmaq üçün hasilatı azaldacaq". Bu barədə "Bloomberg" agentliyinə müsahibəsində BP-nin baş icraçı direktoru Bob Dadli deyib. B. Dadli deyib ki, Rusiya hasilatı 1-2% azalda bilər, lakin bu, neftin qiymətinə təsir etməyəcək. "Fikrimcə, İran nefti bazara çıxarsa, qiymətlərdə volatillik müşahidə oluna bilər, lakin üçüncü və dördüncü rübdə tələbat bərpa olunacaq ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Ümumilikdə, cari ilin birinci rübündə müşahidə olunan qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə daha aşağıdır", - deyə şirkət rəhbəri bildirib. B. Dadli əlavə edib ki, neftin qiymətinin aşağı olması uzunmüddətli prosesdir.

Yuan cari ildə də zəifləməyə davam edəcəkmi?
Çin maliyyə vəsaitlərində enmə isə xarici bazarları narahat etdiyi halda, xüsusilə də əmlakda problemin davam edəcəyi təxmin edilir. Hesablamalara görə, yuanda meydana gələn hər 1 faizlik enmə əmlak qiymətlərində 0,6 faiz itki yaradır. Beynəlxalq bazarlarda əmlak qiymətləri problemi aradan qaldırılmağa çalışılsa da, Çin iqtisadiyyatından gələn məlumatlara görə, tarazlıq yoxdur. Qiymətlər hələ 13 ilin ən aşağı səviyyəsinə yaxındır. Çünki yuanın dəyərini itirməsi ilə əmlak qiymətlərinin düşməsi arasında ciddi bir əlaqə özünü göstərir. Analitiklər Çin yuanının 2016-cı ildə zəifləməyə davam edəcəyini güman edir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info