Ekstremizm qloballaşır
Tarix: 03.02.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


“The Financial Times”: “Elə bir Asiya ölkəsi tapmaq mümkün deyil ki, oradan “İŞİD”ə qoşulan, onların sırasında İraqda, Suriyada vuruşan olmasın. Dünyanın müxtəlif ölkələrindən varlı şəxslərin dincəlmək üçün getdiyi Maldivdən belə, “İŞİD” sıralarına qoşulmaq üçün təxminən 200 nəfər gedib”

“The Financial Times” nəşri yazır ki, dünyanın müxtəlif yerlərində törədilən terror aktlarına görə “İŞİD”-in məsuliyyəti öz üzərinə götürməsi bu terror təşkilatının və onun ideologiyasının təsir dairəsinin geniş əraziyə yayılmasını göstərir. Qeyd edilir ki, Banqladeşdə işləyən yapon kənd təsərrüfatı mütəxəssisinin, Dəkkədə italiyalı yardım fondu əməkdaşının, Pakistanda bomba partlayışı nəticəsində 24 şiə müsəlmanın, İndoneziyada kafeyə hücum nəticəsində 8 nəfərin öldürülməsi, Banqkokda hindus məbədinə partlayıcı qurğu yerləşdirilməsi nəticəsində20 nəfərin, o cümlədən 5 çinli turist öldürülməsi kimi faktlar da təsdiqləyir ki, “İŞİD”-in ultraradikal ideologiyası Yaxın Şərqdə, Avropada, Asiyada yayılır.
Nəşr yazır ki, internet saytlarında sosial şəbəkələrdə asiyalı müsəlman gənclər arasında “İŞİD” brendinin məşhur olması diqqətdən kənarda qalmamadıdır. Asiyada təxminən bir milyard müsəlman yaşadığını nəzərə alsaq ortaya qorxulu mənzərə çıxır. “The Financial Times” nəşri yazır ki, sovet qoşunlarını Əfqanıstandan qovmaq üçün ABŞ və Səudiyyə Ərəbistanı cihadçıları dəstəkləyərək islamçı-taliblərin, “Əl-Qaidə”nin yaranmasına rəvac veriblər. Qeyd edilir ki, son vaxtlar Qərb dairələrini narahat edən əsas məsələlərdən biri də terror təşkilatının onlayn yolla yeni üzvlər ələ keçirməsi, çoxsaylı yerli ekstremist qüvvələrin köməyindən istifadə etməsidir. Həmin ekstremist təşkilatın rəhbərləri “İŞİD”- in ideologiyasının təsir altında olaraq onların İraq və Suriyadakı fəaliyyətini dəstəkləyir. Qərb ölkələri Rusiya və Mərkəzi Asiya ölkələrindən terror təşkilatlarına qoşulanların sayının artmasından narahatlıq keçirirlər. Radikallaşmanın digər regionlara yayılması qorxusu bu bəlanın onun “İŞİD”-in simasında qloballaşmağa başladığını göstərir. Pakistan, Hindistan, İndoneziya kimi ölkələrdə yaşayan fərqli dinə mənsub olan insanlar, kiçik etnik-dini qrupların olmasına baxmayaraq, terror təşkilatları bu ərazilərdə rahat şəkildə fəaliyyət göstərə, özlərinə tərəfdar toplaya bilirlər. Elə bir Asiya ölkəsi tapmaq mümkün deyil ki, oradan “İŞİD”-ə qoşulan, onların sırasında İraqda, Suriyada vuruşan olmasın. Dünyanın müxtəlif ölkələrindən varlı şəxslərin dincəlmək üçün getdiyi Maldivdən belə, “İŞİD” sıralarına qoşulmaq üçün təxminən 200 nəfər gedib. Vəziyyəti dəyərləndirən ekspertlər hesab edir ki, Asiya ölkələri bir çox amillərin, o cümlədən etnik separatizmin, siyasi mübahisələrin, dini fanatizmin, eləcə də Qərbə olan nifrət hislərinin təsiri altındadır. Əfqanıstan və Pakistan kimi ölkələrdə “İŞİD”-lə təsir dairəsi uğrunda mübarizə aparan radikal təşkilatlar olduğu kimi onunla müttəfiq olmaq, ittifaq yaratmaq, təşkilatın bölməsi olmaq istəyən qruplaşmalar da var. Hindistanda 170 milyon müsəlman yaşayır ki, bu da bir ölkə daxilində ən çox sayda müsəlmanın yaşadığı ölkə deməkdir. Amma onların arasında ekstremistlərin sayı çox azdır. Hindistandan “İŞİD”-ə qoşulanların sayı bir neçə onluqdan ibarətdir. Qeyd edilir ki, Asiyada radikal-terrorçu təşkilatların təsiri altında olan müxtəlif təşkilatlar fəaliyyət göstərir. Onlardan biri Çində olan “Şərqi Türküstanın islam hərəkatı” dır. Rəsmi Pekin bu qruplaşmaya qarşı mübarizəni gücləndirib. Pakistanda “Laşkar-e-Canqvi”, “Caiş-e-Məhəmməd”, “Təhrir-e Taliban Pakistan” kimi təşkilatlar daxilində müxtəlif qruplaşmalar var. Adı sonuncu qeyd edilən təşkilatın “İŞİD”-in tərkibinə keçmək üçün inadla çalışdığı qeyd edilir. Əfqanıstanda “Taliban”, “Hakkani şəbəkəsi”, “Özbəkistanın islam hərəkatı” kimi qüvvələr fəaldır. Yerli hökumət qayda-qanun yaratmaq üçün çalışsa da, hələ ki, bir nəticə yoxdur. Hindistanda fəaliyyət göstərən “Hindli mücahidlər” terrorçu təşkilatından “İŞİD” sıralarına qoşulanların sayı çox azdır. Amma ötən həftə polis “İŞİD”-ə qoşulmaq istəyən 14 nəfəri həbs edib. Banqladeşdə “Ansarulla Banqla Tim”, “Mücaheddin camaatı” kimi qruplaşmalar fəaliyyət göstərir. “Ansarulla Banqla Tim” “Əl-Qaidə”nin filialı sayılır. Tailandda fəaliyyət göstərən “Milli inqilabi cəbhə” minlərlə insanın həyatına son qoyub. “İslam camaatı”, “Şərqi İndoneziyanın mücahidləri” adlı qruplaşmaların fəaliyyət göstərdiyi İndoneziyada iri terror aktları çox az sayda olur. Amma hakimiyyət ölkəyə qayıdacaq terrorçuların yerli ekstremistləri fəallaşdıracağından ehtiyatlanır. Malayziya hakimiyyəti “Katiba Nusantara” təşkilatının bir çox terror aktının qarşısını almağa nail olub. Amma “İŞİD”-in sıralarında İraqda və Suriyada vuruşan çoxsaylı döyüşçülərin geri qayıtması vəziyyəti dəyişə bilər. Filippində olan qruplaşmaların narahat Mindanao adasından baza kimi istifadəsi ilə bağlı məlumatlar var.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info