Ermənistanda intiharların sayı artıb
Tarix: 03.02.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Gevorq Poqosyan:
“İntihara cəhd edənlərin əksəriyyəti
30-65 yaş arasında olan kişilərdir”

Hələ bir müddət bundan əvvəl, Erməni Milli Konqresinin təmsilçisi David Şahnazaryan açıqlamalarının birində Ermənistanda sosial-iqtisadi vəziyyətin partlayış həddinə çatdığını bildirərək hakimiyyəti bu gərginliyi azaltmaq üçün heç bir tədbir görməməkdə günahlandırmışdı.
Onun etirafına görə, ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyət miqrasiyanın geniş vüsət almasına şərait yaradır: “Təbii ki, bütün bu yaşananlar ölkə hakimiyyətini də qane edir. Çünki onlar belə hesab edirlər ki, ölkəni tərk edənlər, əsasən, müxalifət tərəfdarlarıdır”. Qeyd edək ki, işğalçı ölkədə yaşananlar bütün sahələrlə yanaşı, Ermənistan ordusuna da sirayət edib. Belə ki, hazırda Ermənistan ordusunda da acınacaqlı vəziyyət hökm sürür. Yenə də faktlara istinad etsək, sabiq erməni hərbçilərindən birinin etirafı yada düşür. Sabiq erməni hərbçi bildirir ki, Ermənistan ordusunda kriminal aləmin qanunları- kriminalın “yazılmamış qanunları” hökm sürür. Bu, daha çox zabit və əsgər arasında özünü büruzə verir. Bildirmək yerinə düşər ki, yaşanan bu hallar çox vaxt ölkə əhalisi arasında intihara geniş yol açır. Erməni alim Gevorq Poqosyan son açıqlamalarının birində Ermənistanda intihar hallarının əvvəlki illərlə müqayisədə xeyli artdığını bəyan edib. O, həm də etiraf edir ki, intihara cəhd edənlərin əksəriyyəti 30-65 yaş arasında olan kişilərdir: “Onları bu yola təhrik edən ölkədəki sosial yaşam tərzidir. Sabaha ümidsizlik, onların əksəriyyətini depressiya həddinə çatdırır”. Qeyd edək ki, Ermənistanda banklardan kredit götürmək ənənəsi yaşanır. Erməni əhalisi, əsasən, götürdükləri kredit müqabilində banklara girov qismində qızıl təhvil verirlər. Bankların faiz dərəcələri də bölgələrdən asılı olaraq 25-30 faiz arasında dəyişir. Maraqlı cəhətlərdən biri də budur ki, banklara üz tutanların çoxluğundan yararlanmağa çalışan erməni işbazları bank faizlərini artırmağa cəhd göstərirlər və bu da, qeyd etdiyimiz kimi, bank borcluları arasında intihara geniş yol açır. Son məlumatlara görə, bu günlərdə İrəvanın Kiyev körpüsü kimi tanınan ərazidə 50 yaşlarında olan bir kişi intihara cəhd edib. İntihara cəhd edən şəxsi qızıl məmulatlarının ticarəti ilə məşğul olan şəxs kimi təqdim edən "NEWS.am” saytı onun axtarışda olduğunu da xatırladıb. Körpüyə qalxaraq intihar edən iki uşaq atasının həyat yoldaşının onu bu yoldan döndərmək üçün etdiyi bütün cəhdlər heç bir nəticə verməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info