Gənclər Fondu 4 il ərzində 7 qrant müsabiqəsi keçirib
Tarix: 03.02.2016 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Dünən Prezident yanında Gənclər Fondunun 2015-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat konfransı və Gənclər Gününə həsr edilən toplantı keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Gənclər Fondunun Müşahidə Şurasının üzvləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanın dünyada ən güclü gənclər siyasəti həyata keçirən dövlətlərdən biri olduğun söyləyib. F. Hacıyev deyib ki, Gənclər Fondu, Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Elm Fondu, Gənclər və İdman Nazirliyi gənclərə dəstək verir: “Prezident bu günlərdə gənclərlə görüşündə bildirdi ki, bu sahəyə dəstək artacaq. Gənclər Fondu dövlət başçısının təşəbbüsü ilə yaradılıb, biz dövlət başçısına minnətdarıq”. Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov isə Fondun yaradıldığı vaxtdan bu günə qədər gördüyü işlərin statistikasını açıqlayıb. O bildirib ki, Gənclər Fondu 4 il ərzində 7 qrant müsabiqəsi keçirib, 2333 layihəyə dəstək verib. Dəstəklənən layihələrdən 2/3-si fərdi, 1/3-i isə gənclər təşkilatlarının layihələri olub. Öz növbəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov layihələrin qiymətləndirmə meyarları haqqında geniş məlumat verib. O, Gənclər Günü münasibəti ilə gəncləri və gənclər təşkilatlarının üzvlərini təbrik edib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə ötən müddət ərzində gənclər siyasəti ilə bağlı qarşıya qoyulan bir çox hədəflərə nail olunduğunu vurğulayıb. İ. Babayev gənclərin bundan sonra da dövlət qayğısını hiss edəcəklərini qeyd edib. Millət vəkili Fuad Muradov bildirib ki, innovasiyalar və texnologiyalar dövrü başlayıb: “Biz yeni çağırışlara hazır olmalıyıq. Dövlətimizin illər ərzində gördüyü işlərin təbliğ olunmasına ehtiyac var. Son illər Azərbaycanın inkişafını çəkinmədən layihələrinizdə təbliğ etməlisiniz”. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov isə Azərbaycanda gənclərə qayğı sahəsində görülən işlərdən danışıb. Tədbir çıxışlarla davam edib.






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info