“Azərbaycanın rolunu yüksək qiymətləndiririk”
Tarix: 03.02.2016 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


“Azərbaycan enerji və tranzit sahələrində Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Latviya “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində və Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərinin genişləndirilməsi işlərində Azərbaycanın rolunu yüksək qiymətləndirir”.
Bu fikirləri Latviya Prezidenti Raymonds Veyonis məşhur “The Business Year” jurnalına müsahibəsində deyib. R.Veyonis bildirib ki, Latviya Aİ və Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə möhkəm dəstək üçün “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyinə inanır. Qeyd edək ki, “Cənub qaz dəhlizi” dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub qaz dəhlizi” CQBK, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info