Vətəndaşları aldadan tikinti şirkətinin rəhbərləri cəzalandırılır
Tarix: 21.02.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Baş Prokurorluq daha bir korrupsiya cinayəti üzrə istintaqın yekunlaşması barədə məlumat yayıb. Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, “Badu-Kübə” Mənzil-Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.
Müəyyən edilib ki, Əliyev Nəsib Yusif oğlu “Şahbulaq” MTK-nın sədri kimi 2006-2010-cu illərdə “Badu-Kübə” MTK-nın təsisçisi olan kürəkəni Cabbarov Zaur Zeynal oğlu və “Texnikabank” ASC-nin Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton Əliyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən «Badu-Kübə» və «Şahbulaq» MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar. Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını “Badu-Kübə” MTK-nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq ediblər. Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən “Badu-Kübə” MTK arasında yeni müqavilələr bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib. Cinayət işi üzrə Elton Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilib, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmayıb və barəsində axtarış elan edilib. Qeyd olunan cinayət işindən Elton Əliyev, Asif Əsədullazadə və qeyrilərinin barəsində digər epizodlar üzrə Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaqı aparılır.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info