Gəncədə gənclərlə görüş keçirilib
Tarix: 03.02.2016 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Gəncədə 2 Fevral - Gənclər Günü münasibətilə gənclərlə görüş keçirilib.
Görüşdə şəhər rəhbərliyi, ziyalılar, Milli Məclisin deputatları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində, o cümlədən qeyri-hökumət təşkilatlarında çalışan fəal gənclər və tələbələr, Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən görüş Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. İdarə rəisi bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını təmin etmək məqsədilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzalayıb. Ulu Öndərin təşəbbüsü və iştirakı ilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumu keçirilib. Ümummilli Liderin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olaraq 1997-ci il fevralın 1-də ölkə gənclərinin bir qrupunu qəbul edən Heydər Əliyev 2 Fevral – Azərbaycan Gənclər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
İdarə rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıb.
Müşviq Cəfərov bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qədim keçmişə və zəngin mədəniyyətə malik Gəncə şəhərində müvəffəqiyyətlə icra olunub. Aparılan işlərin uğurlu nəticəsidir ki, Gəncə şəhəri 2012-ci ildə Azərbaycanın ilk Gənclər Paytaxtı, 2016-cı ilin isə Avropanın Gənclər Paytaxtı seçilib. Bu gün Gəncə şəhərində sayı 100 minə çatan fəal gənclik formalaşıb.
Müşviq Cəfərov qeyd edib ki, bu il Gəncə şəhəri üçün əlamətdar olacaq. Belə ki, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” çərçivəsində şəhərdə 40-a yaxın beynəlxalq və yerli layihə həyata keçiriləcək.
Görüşdə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional bölməsinin sədri Aygün Həsənzadə, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin koordinatoru Aysun Zeynalova, Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya universitetlərinin tələbə gənclər təşkilatlarının sədrləri Azərbaycan gəncliyindən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan danışıblar.
Görüşdə iştirak edən gənclər arzu və istəklərini, təkliflərini bildiriblər. Müraciətlərdə 2016-cı il Avropa Gənclər Paytaxtı təşkilat komitəsinin həyata keçirdiyi tədbirlərlə bağlı könüllülər qrupuna üzvlərin sayının çoxaldılması, Gəncədə fəaliyyət göstərən universitetlərin yataqxanalarının təmiri, QHT-nin yaradılması, universitet kitabxanalarının zənginləşdirilməsi, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” ilə bağlı flaşmobun keçirilməsi və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.
Gənclərin bir sıra problemləri yerindəcə həll olunub. Müraciət və təkliflərlə bağlı müvafiq qurumların rəhbərlərinə, məsul şəxslərə tapşırıqlar verilib.
İcra hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram münasibətilə təbrik edib, onlara daha uğurlu və parlaq gələcək arzulayıb. O, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən söhbət açıb. Bütün gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırıb.
Görüşün sonunda Gəncə şəhərinin ictimai-siyasi və sosial-mədəni həyatında fəallıqları ilə seçilən gənclər fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info