Nardarandakı əmək yarmarkasında 215 iş yeri təklif olunub
Tarix: 03.02.2016 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının Nardaran qəsəbəsində Əmək yarmarkası təşkil edilib.
Yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin təşkilatı vəziyyəti ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni islahatlar kursunda ölkədə məşğulluq imkanlarının artırılması, işsiz və işaxtaran iş yerləri ilə təmin olunması xüsusi yer tutur: “Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin işəgötürənlər  tərəfindən vakant iş yerlərinin yaradılması və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub. Artıq hansı işəgötürən tərəfindən nə qədər vakant iş yerinin yaradıla biləcəyi barədə nazirliyə konkret göstəricilər əsasında məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət edən işsiz və işaxtaran insanların qısa müddətdə münasib iş yerləri ilə təminatında mühüm dəstək olacaq”.
S. Müslümov, bununla yanaşı, nazirlik tərəfindən aktiv məşğulluq tədbirlərinin gücləndirildiyini qeyd edib: “Ümumilikdə ötən il ərzində Dövlət Məşğulluq Xidmətinin xətti ilə 29 min nəfərin, o cümlədən 59 rayon və şəhərdə keçirilən Əmək yarmarkaları vasitəsilə 4,6 min nəfərə yaxın vətəndaşın münasib iş yerləri ilə təminatı həyata keçirilib. Hazırda da növbəti Əmək yarmarkalarına başlanılır. Bütün rayon və şəhərlərdə bu tədbirlər təşkil ediləcək”.
Nazir Bakının Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib: “Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Cari il üzrə ilk Əmək yarmarkası da burada keçirilir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı, eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.
Tədbirdə işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə  87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub. Yarmarkada boş iş yeri təqdim edən əksər işəgötürənlərin  nümayəndələri də iştirak edib. İşaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info