Azərbaycan Tələbələr Birliyinin sədrinə “Gənclər üçün Prezident Mükafatı” təqdim edildi
Tarix: 03.02.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da təltif edilmişdir. Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclərə təqdim edilən mükafat hər il 6 nəfərə verilir. E.Aslanov bu mükafata ictimai fəaliyyət sahəsindəki uğurlarına görə layiq görülüb.
Elvin Aslanov 2008-ci ildə yaradılmış Azərbaycan Tələbələr Birliyinin təsisçisi olmuş, daha sonra sədri seçilib. Avropanın 10 müxtəlif ölkəsindən ən aktiv gənclər təşkilatlarının birləşdiyi Avropa Gənclərinin Mobillik Şəbəkəsinin yaradılması prosesində fəal iştirak edib. Hazırda şəbəkənin İdarə Heyətinin üzvüdür. 2013-cü ildən Avropa İttifaqının SALTO Şərqi Avropa və Cənubi Qafqaz ölkələri üzrə Mərkəzinin Azərbaycan üzrə informasiya təmsilçisidir. Avropa İttifaqının 2007-2013-cü illəri əhatə edən “Gənclər Fəaliyyətdə” və 2014-2020-ci illəri əhatə edən “Erasmus+” proqramlarının Azərbaycanda təbliğ edilməsində, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının bu proqramlar çərçivəsində fəal iştirakında xidmətləri olub. Həmçinin, E.Aslanov tələbələrlə iş və beynəlxalq gənclər siyasəti sahəsində geniş təcrübəyə malikdir. Belə ki, o, bu günə qədər 10-dan artıq ölkədə həyata keçirilən rəsmi tədbirlərdə iştirakçı və ekspert kimi iştirak edib. Azərbaycanın ilk dəfə Avropa Tələbələr Birliyində təmsil olunmasını təmin edib.
Mükafat gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim edilib.

Qorqud



Mətbuat Katibliyi

Əlaqə vasitələri:
T : +994 12 434 22 03
+994 50 359 89 86
F : +994 12 434 22 03
E : office.asu@gmail.com




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info