Giovanni Capannelli: “Əmək və sosial müdafiə islahatlarına dəstək verməyə hazırıq”
Tarix: 03.02.2016 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın ötən dövrdə əldə etdiyi sosial-iqtisadi inkişaf dinamikasının davam etdiyini diqqətə çatdırıb: “Qlobal iqtisadi böhranın kəskinləşməsinə, regionda geosiyasi və iqtisadi gərginliyin artmasına baxmayaraq, Prezident İlham Əliyevin uğurlu islahatlar kursu ölkədə makroiqtisadi vəziyyətin mənfi xarici iqtisadi təsirlərdən qoruna bilməsinə şərait yaradıb. Dünyada iqtisadi tənəzzül mövcud olduğu halda milli iqtisadiyyatın nəinki dayanıqlığı, hətta ötən il 1,1 faizlik artımı təmin edilib. Xüsusən uğurlu iqtisadi diversifikasiya proseslərinin müsbət davamı kimi, qeyri-neft sənayesi 8,4 faiz artıb və hazırda onun ölkənin ümumdaxili məhsulunda payı 70 faizə çatıb. Həmçinin keçən il bu sektor üzrə büdcə daxilolmaları 9,5 faiz çoxalıb, qeyri-neft məhsulları ixracında isə 3,6 faiz artım özünü göstərib”.
Nazir sosial sahə üzrə bütün proqramların icrasının uğurla davam etdirildiyini, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addımlar atıldığını qeyd edib: “Təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə yönəldilən vəsaitin həsmi 2014-cü illə müqayisədə 5 faiz çox olub ki, bu da dövlət siyasətinin sosialyönümlü olduğunu bir daha təsdiq edir. Son günlərdə isə dövlət başçısının imzaladığı müvafiq sənədlərlə sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin, əməkhaqlarının və s. növbəti dəfə artırılması təmin olunub”.
S.Müslümov bildirib ki, dövlət başçısının müəyyən etdiyi yeni iqtisadi siyasətin də məqsədi artıq postneft dövrünü yaşadığımız indiki dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və yeni iş yerlərinin açılması prosesinin daimi xarakter alması, habelə islahatlar prosesində əhalinin güclü və inkluziv əsaslara söykənən sosial təminat sistemi ilə əhatə olunmasıdır: “Azərbaycan hökuməti ilə AİB arasında artıq uzun müddətdir ki, uğurla davam edən əməkdaşlıq da məhz qeyri-neft sahələrini əhatə edir və ölkədə sosial infrastrukturun inkişafına öz töhfələrini verir. Bununla bərabər, AİB-in məcburi köçkünlərlə bağlı icra etdiyi sosial layihələr, göstərilən praktik yardımlar da təqdirəlayiqdir. Təşkilatın təsdiq etdiyi 2014-2018-ci illər üzrə “Ölkə partnyorluq strategiyası” da əməkdaşlıq müstəvisində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinin, özəl sektorun inkişafının, habelə əhalinin aztəminatlı təbəqəsi ilə bağlı tədbirlərin, sosial müdafiə sistemində inkluziv yanaşmaların tətbiqinin dəstəklənməsi baxımından əhəmiyyət kəsb edir”.
Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verən S.Müslümov AİB-lə bu sahələrdə əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib. AİB-in nümayəndə heyətinin rəhbəri Giovanni Capannelli Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən, onların müsbət nəticələrindən bəhs edib. O, Azərbaycanda əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara da dəstək verməyə hazır olduqlarını bildirib. Görüşdə makroiqtisadi sabitliyin saxlanılması şəraitində inkluziv sosial inkişafın təmin olunması, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Qeyri-rəsmi məşğulluqla əlaqədar seminar-müşavirə keçirilib
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info