“Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında quraşdırma işləri davam etdirilir
Tarix: 03.02.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Bakı Metropoliteninin “Yeni Bənövşəyi” xəttinin hazırda tikintisinin son mərhələsi aparılan “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyalarında quraşdırma işləri sürətlə davam etdirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, yeni xətlərdə ən müasir texnologiyalar istifadə olunmaqla, yeni dövrün idarəetmə və tənzimlənmə sistemləri tətbiq ediləcək.
Elektrik təchizatçıları artıq quraşdırma işlərini tam başa çatdırıblar. Bu isə yeni stansiyalarda qızmar iş dövrünün başlandığını göstərir. Ötən müddət ərzində müxtəlif gərginlikli transformatorlar, paylayıcı qurğular, düzləndirici aqreqatlar, akkumulyatorlar stansiyaya tam həcmdə yerləşdirilərək, istismar tələblərinə uyğun quraşdırılıb.
Növbəti mərhələdə buraxılış-sazlama aparılır. Uğurlu sınaqlardan sonra “Avtovağzal” stansiyasına elektrik yarımstansiyasından gərginliyin verilməsinə başlanılıb. 380 və 220 voltluq gərginliklər tam həcmdə təmin edildiyindən işıqlanma, qaldırıcı və santexniki qurğulara gərginlik elektrik yarımstansiyasından verilir. Akkumulyator sahəsində işlər yekunlaşdırılıb. Artıq dartı sahəsi üzrə transformatorların sınaqları da uğurla başa çatdırılıb. Yarımstansiyanın tam istismar dövrünə az müddət qalıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info