Salyanda dəniz suyunu duzsuzlaşdıran zavodun istehsal gücü artırılır
Tarix: 03.02.2016 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Salyanın Xıdırlı kəndi ərazisində dəniz suyunu duzsuzlaşdıran zavodun istehsal gücü artırılır.
İtehsal gücü gündə 20 min kubmetr olan zavod dünya standartlarına cavab verir. Burada dənizdən suyun götürülməsi üçün uzunluğu 200, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib. Zavodda müasir avadanlıqlar quraşdırılıb. Layihəyə uyğun olaraq, zavodun ərazisində ildə 1 milyon ədəd ağac və kol yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik salınıb. Avtomatik suvarma və gübrələnmə sistemi yaradılıb. Hazırda zavodda istehsal edilən duzsuzlaşdırılmış sudan müəssisə daxilində salınan tingliklərin, həmçinin Xıdırlı kəndi yaxınlığında yaşıllaşdırma layihələri çərçivəsində əkilən ağacların suvarılmasında istifadə olunur.
Zavodun direktoru Qabil Teymurov AZƏRTAC-a bildirib ki, müəssisə ilkin mərhələdə gündə 1000 kubmetr şirin su istehsal edir. Hazırda ərazidə 4 yeni anbar və nasos stansiyası quraşdırılır. Artıq işlər başa çatmaq üzrədir. İşlər yekunlaşdıqdan sonra qurğunun gücü iki dəfə artacaq. Görülən tədbirlərin nəticəsi olaraq Xəzər dənizinin duzlu suyundan gündəlik 2 min kubmetr şirin su istehsal olunacaq. Əldə edilən şirin su Ələt-Astara magistral yolunun kənarında salınan zeytun bağlarının suvarılmasında istifadə ediləcək. Bununla yanaşı, dəniz suyunu duzsuzlaşdıran zavod tam gücü ilə işə düşdükdən sonra istehsal olunan şirin su bir sıra iri yaşayış məntəqələrini də içməli su ilə təchiz etməyə imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info