İşğal edilmiş ərazilərdə 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb
Tarix: 03.02.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli əhəmiyyətli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlandığı 22 muzey və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv edilib. Bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ötən il Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar Agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara və mənbələrə istinadla hazırladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib.
 Hesabatda qeyd olunub ki, Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ” və “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” kitabçaları çap olunub.  

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info