Baş nazirin müavini Ağcabədidə sahibkarlarla görüşüb
Tarix: 03.02.2016 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini İsmət Abasov bu gün Ağcabədi rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. Rayon mədəniyyət evində keçirilən görüşdə ictimaiyyət nümayəndələri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumatlandırılıblar. 
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son illərdə rayonda reallaşdırılan sosial-iqtisadi layihələrdən, dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə həyata keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışıb. Şahin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Ağcabədidə bütün sahələrdə sürətli inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin rifahı yaxşılaşıb. 
Baş nazirin müavini İsmət Abasov çıxış edərək diqqəti Prezident İlham Əliyevin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransdakı nitqinə yönəldib. Vurğulanıb ki, konfransda regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr, əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, korrupsiya, rüşvətxorluq və digər bu kimi mənfi halların aradan qaldırılması, sosial təminat sahəsində tədbirlərin reallaşdırılmasından ibarətdir. 
Ötən ilin dünyada dərinləşən iqtisadi və sosial böhran ili kimi yadda qaldığını və neftin qiymətinin 4 dəfə ucuzlaşdığını xatırladan İsmət Abasov bildirib ki, qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar xalq tərəfindən də dəstəklənir. 
Görüşdə “Atropatena” QSC idarə heyətinin sədri Elşad Rəsulov, “Qarabağ-Taxıl” MMC-nin layihə rəhbəri Rəcəb Orucov, eləcə də fermerlər, kiçik sahibkarlar, rayon ziyalıları, ağsaqqallar çıxış edərək Ağcabədi avtomobil təmiri zavodunun fəaliyyətinin bərpa edilməsi, pambıqçılıq və taxıl toxumçuluğu sahələrinin inkişafı, əkin sahələrinin suvarılması, gön-dəri məmulatlarının qəbulu, artezian quyularının qazılması, heyvandarlığın, arıçılığın inkişafı ilə bağlı təkliflər irəli sürüblər. 
Sahibkarlar rayonda qarğıdalı, soya, taxıl və pambıqçılığın inkişafı üçün əkin sahələrini daha da genişləndirəcəklərini bildiriblər. Əkinçilikdə daha çox məhsul istehsal etmək üçün vətəndaşların öz pay torpaqlarını birləşdirməsi təklifi irəli sürülüb. Vurğulanıb ki, istifadəsiz qalan pay torpaqlarının əkinə cəlb edilməsi üçün onların birləşdirilməsi hesabına suvarılma suyuna qənaət edilmiş olar, texnikalardan səmərəli istifadə edilər, kənd sakinləri işlə təmin olunar və bol məhsul götürülə bilər. 
Rayon sakinləri ölkəmizin çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması ilə əlaqədar görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 
Baş nazirin müavini İsmət Abasov təklif və müraciətləri dinləyərək qeydiyyata alıb, Ağcabədidə sahibkarlığın və kənd təsərrüfatının inkişafı, məhsul çeşidinin və həcminin artırılması, sosial-iqtisadi sahədə daha böyük uğurların qazanılması ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə birgə fikir mübadiləsi aparıb. 
Tədbirdə Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev də iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info