“Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında yükdaşımaların vaxtını kifayət qədər azaldacaq”
Tarix: 03.02.2016 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında yüklərin daşınmasında vacib olan vaxtı kifayət qədər qısaldacaq”.
APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, bu sözləri Gürcüstan prezidentiGeorgi Marqvelaşvili ölkə parlamentində çıxışı zamanı deyib. O bildirib ki, Gürcüstan ölkənin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edən tranzit funksiyasını bərpa edir: “Tarixi funksiya həyata keçirdiyimiz vacib coğrafi mövqedə yerləşirik.Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Ceyhan neft boru xətti və İpək Yolu ilə bağlı digər təşəbbüslər çox vacib potensialdır”.
Prezident bu kimi irimiqyaslı layihələrin təkcə region deyil, bütövlükdə Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Biz bu layihələrin və hazırda reallaşdırılan digər məsələlərin tez bir zamanda həll olunması üçün məqsədyönlü işlər görürük. Gürcüstan hökuməti bu istiqamətdə konkret layihələr hazırlayıb”.
Qeyd edək ki, parlamentdə prezidenti dinləyənlər arasında diplomatik korpus nümayəndələri, o cümlədən Azərbaycan səfirinin müavini Dursun Həsənov da var. 




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info