Krımoğlu: “Ermənistana sanksiya tətbiq edilməlidir”
Tarix: 03.02.2016 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


“Ermənistan beynəlxalq hüquqa zidd olaraq Dağlıq Qarabağın işğalını davam etdirir”

Ukrayna Prezidentinin Krım Tatarları üzrə səlahiyyətli nümayəndəsi Mustafa Abdülcəmil Krımoğlu 25-29 yanvar arasında, Ukrayna heyəti ilə birlikdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirakı zamanı, Ermənistanın illərdir işğal altında saxladığı Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxarmaq istəyib. Ancaq natiqlərin sayının çox olması ilə bağlı Kırımoğlu çıxış edə bilməyib. İclas sədri, qeydiyyatda olub, çıxış edə bilməyən bütün şəxslərin danışmalarını yazılı olaraq təqdim etmələrini təklif edib. Krımoğlu, Siyasi İşlər və Demokratiya Komitəsi konfransında natiq Robert Volterə Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar tam və obyektiv bir hesabat verdiyi üçün minnətdarlığını ifadə edərək Ermənistan ilə Azərbaycan arasındakı qarşıdurmanın sülh yolu ilə həllinin, yalnız beynəlxalq hüquq prinsiplərinə hər iki tərəfin də hörmət göstərməsi əsasında mümkün ola biləcəyini ifadə edib. Ərazi bütövlüyü və suveren dövlətlərin qurulmuş sərhədlərinə, milliyyət və din ayrı-seçkiliyi etmədən hörmət göstərilməsinin lazım olduğunu da əlavə edərək, Volterin hesabatına istinad edib və başqa bir suveren dövlətin torpaqlarını işğal edənin kim olduğunun çox dəqiq göründüyünü, bu səbəblə kədərini bildirərək son 25 ildə minlərlə adamın öldüyünü qeyd edib. Eləcə də Dağlıq Qarabağın vəziyyəti haqqında məlumat toplanmasında və sülh prosesində problemlərin həllində maneə olduqları üçün Ermənistan rəhbərlərini tənqid edib. O, Ermənistanın beynəlxalq hüquqa zidd olaraq Dağlıq Qarabağın işğalını davam etdirdiyini ifadə edib. Krımoğlu bildirib ki, Ermənistana sanksiya tətbiq edilməlidir: “İşğalçı dövlətə qarşı sanksiyalar yetərincə səmərəli olmalıdır və işğal edilmiş ərazilərin mümkün qədər tez azad olmasına istiqamətlənməlidir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info