Masallıda sənaye məhəlləsi yaradılacaq
Tarix: 03.02.2016 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Sənaye məhəlləsinin yaradılması imkanlarının araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nümayəndələri Masallı rayonunda olmuş, sənaye məhəlləsinin yaradılması üçün təklif edilən əraziyə baxış keçirilmiş, müvafiq infrastrukturun yaradılması imkanları araşdırılıb. Sonra yerli icra hakimiyyəti orqanlarının, sahibkarların iştirakı ilə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və rayonun iqtisadi potensialından səmərəli istifadə edilməsində özəl bölmənin rolunun artırılması məsələləri müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov regionlarda sənaye məhəllələrinin yaradılması, sənaye sahəsində məşğulluğun artırılması ilə bağlı dövlət başçısının tapşırıqları, eləcə də Prezidentin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 8 yanvar 2016-cı il tarixli fərmanına uyğun olaraq, sahibkarlara təqdim edilməsi nəzərdə tutulan güzəştlər və onlardan yararlanma yolları barədə məlumat verib. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf sənaye məhəlləsinin üstünlükləri və təklif olunan xidmətlər barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.
Sahibkarlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə etmiş, Sənaye Məhəlləsində həyata keçirilə biləcək investisiya layihələri barədə təkliflərini bildiriblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info