“Azərbaycan gəncliyi postneft dövrü üçün hazır olmalıdır”
Tarix: 04.02.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycan gəncliyi müasir dövrdə öz biliyi, bacarığı, intellekti ilə önə çıxmalıdır. Bunun üçün də gənclərimizin daha da savadlı, elmli, dünyagörüşlü olması lazımdır. Azərbaycan dövlətinin də gənclərdən əsas istəyi budur. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi toxunub. Dövlət başçısı bildirib ki, gənclər postneft dövründə daha fəal rol oynamalıdır: “Biz bu gün güclü dövlət qururuq. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. İndiki dövr innovasiya, intellektual inkişaf dövrü olacaq. Azərbaycana qabaqcıl texnologiyalar gətirilməli və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Ölkəmizin taleyi gənclərdən, onların fəaliyyətindən, baxışlarından və fikirlərindən asılı olacaqdır. Gənclər cəmiyyətimizin fəal üzvləri kimi bütün bu işlərdə fəal rol oynamalıdırlar”.
Həmin görüşdə iştirak edən Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilən Nurəddin Mehdiyev öz təəssüratlarını bizimlə bölüşdü. Nurəddin Mehdiyev gənclərə göstərdiyi diqqət və qayğıya görə öncə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi: “Azərbaycan gəncləri və gənclər təşkilatları hər zaman dövlət başçısının diqqətini hiss ediblər. Digər tərəfdən bu, bizlərin üzərinə çox böyük məsuliyyət qoyur. Biz göstərilən etimadı doğrultmağa çalışmışıq və bundan sonra da çalışacağıq. Əlbəttə, Gənclər Günü münasibətilə bir qrup gəncin təltif olunması, təbii ki, Azərbaycanda uğurlu gənclər siyasətinə verilən qiymətdir. Buna görə biz Prezidentə minnətdarıq”. Nurəddin Mehdiyevin fikrincə, gənclər, hər şeydən əvvəl, intellektual və elmi inkişafa önəm verməlidirlər: “Görüşdə cənab Prezident tərəfindən səsləndirilən vacib məsələlər oldu ki, onlardan da biri gənclərin postneft dövründə Azərbaycanın gələcək inkişafında daha fəal olmalarıdır. Bu, gənclərin üzərinə müəyyən vəzifələr qoyur. Yəni postneft dövründə daha çox innovasiya, elmi-texniki tərəqqi, insan kapitalı vasitəsilə Azərbaycan öz iqtisadiyyatını gücləndirə bilər. Dövlət başçısı da bu məsələni vurğuladı. Əlbəttə ki, bu, gənclərə verilmiş müsbət mesajdır. Azərbaycan gəncliyi də postneft dövrü üçün hazır olmalıdır və bu istiqamətdə üzərinə düşəni etməlidir”.
Nurəddin Mehdiyev bildirdi ki, insan kapitalına qoyulmuş xərclər özünü doğrultmalıdır: “Prezident İlham Əliyevin dediyi kimi, yeni dövrün tələbləri və yeni çağırışlar var. Azərbaycana qarşı müxtəlif təhdidlər edilir. Bu məsələyə gənclərin baxışından çox şey asılıdır. Çünki Azərbaycan dövlətinin gələcəyi, doğrudan da, gənclərin əlindədir. Bu baxımdan cənab Prezidentin çıxışında gənclərə edilən əsas müraciət və tövsiyə ondan ibarət oldu ki, gənclər yeni dövrə hazır olmalı və yeni dövrün tələblərinə uyğun işlərini qurmalıdırlar. Ölkə başçısı həmçinin elmi-texniki tərəqqini, innovasiyanı önə çəkdi. Təbii ki, gənclərimiz elmi-texniki tərəqqi, innovasiya çağırışlarına adekvat cavab verməlidir. Eyni zamanda gənclər baş verən təhdid çağırışlarına da hazır olmalı və buna cavab verməlidir. Bunun da əsas yolu güclü təhsildən keçir. Güclü təhsilə yiyələnmək cənab Prezidentin əsas tövsiyəsidir. Çünki Azərbaycanın gələcəyi məhz bu amillə bağlıdır. Gələcəkdə neftdən asılı olmadan elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edərək sahibkarlığı, sənayemizi inkişaf etdirib yeni-yeni imkanlar açmalıyıq. Bu yolla Azərbaycanın iqtisadiyyatı daha da güclənməlidir”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info