“Azərbaycan-Rusiya mənafeləri üst-üstə düşür və bu, böyük üstünlükdür”
Tarix: 04.02.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Rusiya İnformasiya Mədəniyyət Mərkəzində (RİMM) “Rusiya-Azərbaycan-2015” fotosərgisi açılıb. Sərgi hər il fevralın 10-da Rusiyada, habelə onun xarici ölkələrdəki səfirlik və nümayəndəliklərində qeyd edilən Diplomatik İşçilər Gününə həsr edilib. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin fotosərginin açılışı mərasimində çıxış edib.
Səfir Rusiya-Azərbaycan münasibətlərinə xüsusi diqqət yetirərək deyib: “Diplomat günü Rusiyada peşə bayramıdır. Həmin gün biz keçmişi xatırlayır, gələcək haqqında düşünürük. Azərbaycanla qarşılıqlı münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz əməkdaşlıq etməyi və bir-birimizi anlamağı öyrənmişik. Azərbaycanla qarşılıqlı münasibətlər baxımından, işlərimiz yaxşı gedir. Rusiya diplomatiyası bütün bunlara Azərbaycan tərəfi ilə, Azərbaycan diplomatiyası ilə əməkdaşlıq sayəsində nail olub. Ölkələrimizin qarşılıqlı münasibətlərinin prinsipləri hələ 2000-ci ildə iki lider - Heydər Əliyev və Vladimir Putin tərəfindən işlənib hazırlanıb. Zaman göstərdi ki, bu prinsiplər düzgündür. Biz əməkdaşlıq etməyi öyrəndik. Mənafelərimiz üst-üstə düşür və bu, böyük üstünlükdür. Azərbaycan istiqamətində baş verən bütün dəyişiklikləri müsbət qiymətləndirirəm”.
Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Ekspozisiyaya 2015-ci ildə Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisələri əks etdirən fotosənədlər daxil edilir. Burada Rusiya və Azərbaycan prezidentlərinin, hər iki ölkənin hökumət üzvlərinin görüşlərindən çəkilmiş fotoşəkillər, habelə mədəniyyət və təhsil sahələrində Rusiya-Azərbaycan əlaqələrini əks etdirən fotosənədlər yer alıb. Regionlararası və humanitar əməkdaşlıq məsələlərinə, Bakıda birinci Avropa Oyunlarına, “Rusiya və Azərbaycan Azarkeşlər Evi”nin işinə xüsusi diqqət yetirilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info