Avropa İttifaqı ölkələrində yanacağa görə vergi tətbiq edilməlidir
Tarix: 04.02.2016 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Almaniyanın maliyyə naziri Volfqanq Şoyblenin qaçqınların qəbulunu maliyyələşdirmək üçün Avropa İttifaqı miqyasında yanacağa vergi tətbiq edilməsi ilə bağlı təklifi göstərir ki, qeyri-leqal miqrasiya prosesinin davamı qitə üçün yaxşı olmayacaq.
Amma maraqlıdır ki, alman nazirin bu təklifinin Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis tərəfindən dəstəklənməsi heç bir sürpriz təsiri bağışlamır. Təbii ki, Avropa Komissiyasının maliyyə böhranı başlayandan sonrakı fəaliyyəti , əlbəttə, bu məsələlərin həllində iqtisadi motivini deyil, siyasi motivinin əsas olduğunu göstərir. Lakin bəzi Avropa ölkələrində borc böhranının həlli, əksinə, borcun əhəmiyyətli dərəcədə artması ilə nəticələnib və bəzi ölkələrdə iqtisadi artım sıfıra bərabər olub. Burada əsas məqam ondan ibarətdir ki, bu ölkələrin bütün səylərini resurs axtarışlarına yönəltməsi siyasi elitanın yanılması ilə müşahidə edilib. Buna nümunə kimi, Yunanıstanı göstərmək olar. Belə ki, bu ölkə miqrasiya siyasətində qarşılaşdığı səhvlərin öhdəsindən gələ bilmədi. Problemlərin həllinə yanaşma Latviya kimi kiçik ölkələr üçün sərfəli deyil. Qaçqın qəbulundan potensial faydaları ancaq Avropanın sənayeləşmiş ölkələri, o cümlədən, idxaldan daha çox ixraca nail olan ölkələr əldə edə bilərlər. Təbii ki, burada ilk nəzərə çarpan ölkə də Almaniyadır. Belə ki, bu dövlətin korporativ sektoruna daha çox işçi qüvvəsi lazımdır və bundan əlavə, bu ölkəyə istehsal xərclərini artırmaq da lazım gəlməyəcək. Bu vəziyyət qlobal iqtisadi böhran və Çində yaranan vəziyyət baxımından əhəmiyyətlidir. Dünya bazarında təkcə neftin deyil, həm də sənaye məhsullarının, qiyməti düşüb. Bu artıq istehlak artımı olmadan belə, açıq siqnaldır və banklara öhdəliklərin icrası ilə bağlı mümkün problemlər yaradır. Avropa Birliyində yanacağa qoyulan vergi barədə isə deyilənlər, hələ ki, başa düşülən deyil: yığılan verginin hara, bölmənin ümumi və ya üzv ölkələrin milli büdcələrinə daxil olacağı sual altındadır. Hətta ikinci variant seçiləcəyi halda, təbii ki, qaçqınlar Almaniya və ya İsveç kimi ölkələrin əmək bazarına inteqrasiya olmağa cəhd edəcəklər.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info