Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı sadələşdirilib
Tarix: 04.02.2016 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu tərəfindən muxtar respublikanın ucqar kənd yaşayış məntəqələrində əhaliyə xidmət göstərilir.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ildən etibarən vətəndaşlara səyyar qaydada göstərilən xidmətlərin sayı artırılıb. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında hüquqların qeydiyyata alınması, daşınmaz əmlakın texniki pasportunun hazırlanması, torpaq sahəsinin plan-ölçüsünün hazırlanması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlaklara məhdudiyyət və yüklülüyə dair arayışların verilməsi üçün sənədlərin qəbuluna başlanılıb.
Qeyd edək ki, ötən il səyyar xidmət qrupu tərəfindən 85 yaşayış məntəqəsində 1502 vətəndaşın müraciətinə baxılıb.
Səyyar xidmət zamanı yaşadıqları ərazidə vətəndaşların ərizələri qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib, elektron sistemə daxil edilərək texniki sənədlər hazırlanıb. Vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədləri – torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr, dövlət aktları, qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilib.
Həmçinin, ahıl, sağlamlıq imkanları məhdud insanlara onların yaşadıqları ünvanlarda xidmət göstərilir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info