Yunanıstanda ümumi tətil
Tarix: 04.02.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Son illərdə iqtisadi çətinliklərlə üzləşən Avropada sular durulmur. Ən çox da Yunanıstan böhranın yaxasından qurtula bilmir. Bu səbəbdəndir ki, Yunanıstanda tətillər artıq adi hal alıb. Bu ölkədə yenidən kütləvi tətil başlayıb. Xarici KİV-lərin yaydığı məlumatına görə, sosial sığortalarla bağlı qanuna qarşı çıxan Həmkarlar İttifaqları bu gün Klatmonos meydanında, Kommunist partiyasının qolu olan PAME Omonoia meydanında, kiçik sənaye və ticarətlə məşğul olanlar isə eyni saatda Mitrpoleosda toplanacaq. 
Bildirilir ki, bugünkü tətilə özəl sektorda çalışan həkimlər, əczaçılar, diş həkimləri və fizioterapevtlər də qatılır. Eyni zamanda vəkillər birinci gün, notariuslar cümə gününə qədər işə getməyəcək.
Onu da qeyd edək ki, 24 saat ərzində ölkənin bütün benzin stansiyaları bağlı olacaq. Gəmilər də limanlar da fəaliyyət göstərməyəcək. Çərşənbə günü isə taksi sürücüləri tətilə başlayır.
“Olympic Air” hava limanında çalışanların elan etdiyi 4-5 saatlıq tətil ucbatından bir çox uçuşlar təxirə salınıb.
Metro, qatar və tramvay işçiləri isə saat 10:00 dan 15:00 -a qədər işlərinə gedəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir
20.09.2019
ABŞ iki kubalı diplomatı ölkədən qovur
20.09.2019
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bir daha xəbərdarlıq etdi
20.09.2019
ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info