“Təbii qazın Azərbaycandan alınması bizim üçün prioritetdir“
Tarix: 04.02.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“Bizim Azərbaycanla çoxəsrlik dostluğumuz var. Aramızda olan münasibətlər heç vaxt pozula bilməz. İnanıram ki, dövlətlərarası münasibətlər həmişə yüksək səviyyədə olacaq. Bizim üçün təbii qazın Azərbaycandan alınması məsələsi prioritet olaraq qalır”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin üzvü, parlament sədrinin sabiq müavini Zurab Abaşidze deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan hakimiyyəti qaz məsələsi ilə bağlı bir-birinə zidd bəyanatlar verir. “Qazprom”la danışıqlar şəffaf olmalı və əhali bununla bağlı xəbərdar edilməlidir. Biz bu məsələlərlə bağlı energetika nazirini bir neçə dəfə parlamentə dəvət etmişik, lakin o, hələ gələ bilmir. Qaz məsələsi həm ölkəmizi, həm də vətəndaşlarımızı düşündürür. Bizim üçün başlıca məsələ Azərbaycanla strateji tərəfdaşlıq və qazın Azərbaycandan alınmasıdır", - deyə deputat bildirib.
Z. Abaşidze Rusiyanın Ermənistana tranzit yolu ilə ötürdüyü qazın nəql marşrutunun dəyişdirilməsi ehtimalına da münasibət bildirib: "Rusiya tərəfi bəyan edir ki, Gürcüstanla müqavilə imzalanmasa, onlar Ermənistana qazı İran vasitəsi ilə verəcəklər. Boru kəmərinin qeyd olunan marşrutda çəkilməsi isə Gürcüstanın maraqlarına ziddir".




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir
15.07.2019
Bakı-Şamaxı yolunda yenidənqurma işləri gələn il yekunlaşacaq
15.07.2019
İlk 5 ayda təzə meyvə ixracı 36,8 faiz artıb
15.07.2019
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib
15.07.2019
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info