Qafqaz Universiteti ilə daha bir ali təhsil müəssisəsi arasında memorandum
Tarix: 04.02.2016 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Rektor Çingiz Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının nümayəndələri Qafqaz Universitetində olub. Nümayəndə heyətini qəbul edən Universitetin rektoru, professor Ahmet Saniç universitet haqda ətraflı məlumat verib. O bildirib ki , “ Qafqaz Universitetində E-universitet sistemi tətbiq olunur. Üç milyon bazası olan elektron kitabxanamız var. Şirkətlərlə qurulmuş əlaqələr sayəsində universitetin maddi texniki bazası müasir avadanlıqlarla təhciz olunub. Bp –Azərbaycan tərəfindən qurulmuş 11 sahə üzrə mexanika laborotoriyaları bizim əməkdaşlığımızda mühüm rol oynaya bilər”. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev çıxışında qeyd edib ki, Azərbaycanda dənizçilik təhsilinin bünövrəsi 1881-ci ildə qoyulub. 1996-cı ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb. Ha –hazırda Akademiyada 3 fakültə, 16 kafedra fəaliyyət göstərir. Azərbaycan Dövlət Dəniz  Akademiyası Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tanınıb, onun təşəbbüsü ilə dünya ali dəniz təhsili sisteminə daxil edilib. ADDA MDB və xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir və Sankt-Peterburqdakı admiral S.Makarov adına Dəniz Akademiyası yanında elmi-metodik Şuranın üzvüdür. Azərbaycan Dövlət Dəniz  Akademiyasının verdiyi diplom və sertifikatlar beynəlxalq səviyyədə tanınır.
Tələbələrin kamil mütəxəssis kimi yetişməsində təcrübənin rolu böyükdür. Buna görə onların gəmilərdə tədris, istehsalat və üzmə təcrübələrinə xüsusi diqqət yetirilir. Dəniz Akademiyasında tədrisin təkmilləşdirilməsinə, elm və istehsalatla əlaqəsinə də fikir verilir.
Nümayəndə heyəti universitetin laborotoriyalarındakı avadanlıqlarla və tələbə elmi dərnəklərinin fəaliyyəti ilə tanış olduqdan sonra memorandum imzalayıblar. Memoranduma əsasən hər iki ali təhsil ocağının imkanlarından onların müəllim və tələbələri qarşılıqlı şəkildə istifadə edəcək, xüsusən Mexanika mühəndisliyi və idarəetmə ixtisasları sarasında əməkdaşlıq genişləndiriləcək.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info