SOCAR şəhərciklər tikəcək
Tarix: 04.02.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


"SOCAR Bakının bəzi rayonlarında kooperativ binaların və şəhərciklərin tikintisini apara biləcək". Bunu gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
R. Abdullayev bildirib ki, artıq məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevin də razılığı alınıb: "Mən şənbə günü ölkə prezidenti ilə danışarkən tikinti ilə bağlı icazə almışam ki, böyük tikinti işləri aparaq. Qaradağda, Pirallahıda, torpağımız olan yerlərdə böyük kooperativ tikintilər aparaq, şəhərciklər salaq. Şirkət bütün gəncləri evlə təmin etməyə çalışacaq. Bu proqrama gələn həftədən start veriləcək. Artıq bir neçə idarələrə müvafiq tapşırıqlar verilib, hazırlıq işləri görülür. SOCAR-ın hər idarəsinin artıq imkan olacaq ki, gəlib özünə torpaq götürsün. Biz bütün mühəndis layihələrini verəcəyik və tikinti işləri gedəcək".
SOCAR prezidenti bildirib ki, mənzillə təminat uzunmüddətli kredit sistemi ilə aparılacaq: "Özünüz də sistem düzəldib, maaşınızdan müəyyən qədər pul ödəməklə bu kooperativ hərəkatına qoşula biləcəksiniz".




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info