Sahib Alıyev: “ATƏT atəşkəs rejiminin aradan qaldırılmasına çalışmalıdır”
Tarix: 04.02.2016 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


“Həm Minsk qrupu turistləri, həm də hazırda ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs rejiminin pozulmasının qarşısını almağa yox, rejimin özünün aradan qaldırlmasına çalışmalıdırlar”. Bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer “The Huffington Post” qəzetində dərc etdirdiyi “ATƏT Avropanın təhlükəsizliyi üçün niyə əvəzedilməzdir?” başlıqlı məqaləsində Dağlıq Qarabağ probleminə geniş yer ayırması alqışlanmalıdır. Ancaq onun “atəşkəs rejiminin pozulmasını təsbit edən mexanizmin yaradılması”nı problemin həlli yönündə ən mühüm addım kimi dəyərləndirməsi, vasitəçidən çox erməni havadarları təsiri bağışlayan Minsk qrupu turistlərinin son zamanlar oxuduqları bayatının təkrarıdır. Millət vəkili deyib ki, təssüf doğurur ki, son zamanlaradək Dağlıq Qarabağ məsələsinə yanaşmada nisbətən obyektiv mövqe tutan Almaniya da artıq “xristian klubu”nun digər üzvləri kimi davranır: “Həm Minsk qrupu turistləri, həm də hazırda ATƏT-in fəaliyyətdə olan sədri atəşkəs rejiminin pozulmasının qarşısını almağa yox, rejimin özünün aradan qaldırlmasına çalışmalıdırlar. Onun yolu isə budur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək işğala son qoymalıdır. İşğal olmayandan sonra nə atəşkəs rejimi olasıdır, nə də onun pozulmamamsı üçün kimlərinsə baş sındırmasına ehtiyac qalasıdır. İşğal faktını görməzlikdən gələrək atəşkəs rejiminin pozulmamasından dəm vurulması bilirsiniz nəyə bənzəyir? Göydəki buluda əhəmiyyət verməyib də yağışa son qoymaq haqda edilən boşboğazlığa”.
 
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info