Fermerlər keyfiyyətli taxıl toxumu ilə təmin ediləcək
Tarix: 05.02.2016 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu baxımdan məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı böyük əhəmiyyət kəsb edir.
Bu istiqamətdə respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Belə müəssisələrdən biri də 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir. MMC-nin direktoru Elvüsal Mahmudov bildirib ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Asadov Capital Azerbaijan” MMC-yə məxsus taxıl terminalında icarə əsasında fəaliyyət göstərən toxumçuluq müəssisəsində Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İstehsal gücü sutkada 120 ton olan müəssisədə, həmçinin hər biri 2,5 min tonluq 4 taxıl bunkeri var. Burada toxumların təmizlənməsi, dərmanlanması və paketlənməsi həyata keçiriləcək. Bu il 5 min tondan çox toxum istehsal edilməsi nəzərdə tutulur. İstehsal edilən super elit, elit və R-1 reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyəcək, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayacaq. Sahibkar bildirib ki, Füzuli rayonu ərazisində aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl səpini həyata keçirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan”, “Bərəkətli-95”, “Krasnodar-99”, “Nota” və digər sortlara üstünlük verilib. Taxıl əkilmiş sahələrə daim nəzarət olunur, buğdanın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri aparılır. 2015-2016-cı il taxıl istehsalı dövründə təsərrüfatda əksəriyyəti məcburi köçkünlər olmaqla, 400 nəfərə yaxın insan işlə təmin olunub. “Dövlətimizin başçısının ölkənin taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin görülməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi, yeni intensiv texnologiyaların geniş tətbiq edilməsi kimi tapşırıqları biz sahibkarların qarşısında mühüm vəzifələr qoyur. Aqrar sahəyə, sahibkarlığa göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlığımı bildirirəm. Yaradılan şərait müqabilində taxıl və toxum istehsalında yüksək nəticələrə nail olmağa, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışacağıq” - deyə Elvüsal Mahmudov bildirib.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info