Gürcüstan larisi sürətlə dəyərini itirir-1 dollar 2 lari 50 tetri keçib
Tarix: 05.02.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Bazarlarda vəziyyət olduqca acınacaqlıdır, alıcılar böhrandan və məhsulların bahalığından şikayətçidir
TTV (“Region TV”) xəbər verir ki, dünyada hökm sürən qlobal iqtisadi böhrandan əziyyət çəkən ölkələrdən biri də Gürcüstandır. Milli valyutanın dəyərdən düşməsi əhali arasında ciddi narahatlığa səbəb olub. TTV-nin Gürcüstan bürosu bildirir ki, ötən ilin noyabr ayından bu günə kimi Gürcüstanın milli pul vahidi lari dəyərini itirməkdə davam edir. İlk devalvasiyadan öncə 1 dollar 1 lari 75 tetri idisə, bu göstərici noyabrda 1 lari 95 tetri, dekabrda 2 lari 20 tetri, bu günlərdə isə artıq 2 lari 50 tetri olub. Devalvasiya səbəbindən Gürcüstan bazarlarında vəziyyət olduqca acınacaqlıdır. Piştaxta arxasında dayanan satıcıların alıcı gözləməkdən başqa çarələri yoxdur. Alıcılar isə iqtisadi böhrandan və məhsulların bahalığından şikayətçidirlər. Qlobal iqtisadi gərginlik və neftin ucuzlaşması fonunda əksər ölkələr böhranla üz-üzə qalıb. Gürcüstan isə neft hasilatçısı yox, tranzit ölkə kimi maliyyə sıxıntıları yaşayır. Hazırda ölkənin milli valyutası sərbəst buraxılıb və bazar prinsipləri əsasında formalaşır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info