Venesuela OPEC-ə üzv 6 ölkənin təcili görüşə hazır olduğunu bildirib
Tarix: 05.02.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Venesuelanın neft naziri Euloxio del Pinonun bəyanatı dünya neft bazarına nəzərə çarpacaq dərəcədə təsir edib. Onun sözlərinə görə, OPEC-ə üzv ölkələrin təxminən yarısı, həmçinin kartelə daxil olmayan neft hasilatçıları “qara qızıl”ın qiymətinin sabitləşməsi məqsədi ilə təcili görüşdə iştiraka razılıq verib.
Lakin onların arasında OPEC-in əsas oyunçusu Səudiyyə Ərəbistanı yoxdur. Rusiyanın NTV telekanalı xəbər verir ki, Venesueladan başqa İraq, Əlcəzair, Nigeriya, Ekvador və İran da danışıqlarda iştirak etməyə razılığını bildirib. Neft naziri həmkarlarını hasilatın azaldılmasına və bununla da 2014-cü ildən bəri 50 faiz aşağı düşən qiymətləri sabitləşdirməyə inandırmaq üçün hazırda neft hasilatı ilə məşğul olan ölkələrə səfər edir. O, Rusiya və İrana səfərini başa vurub. Euloxio del Pinonun dediyinə görə, Oman artıq danışıqlarda iştiraka razılıq versə də, karteldə əsas söz sahibi olan Səudiyyə Ərəbistanı hələ fikrini bildirməyib. Bir qədər əvvəl Ər-Riyad hasilat həcmini dəyişməyin əleyhinə olduğunu bildirmişdi. Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı bununla ABŞ-ın şist yataqlarından hasil olunan neftini bazardan çıxarmaq niyyətindədir. Eyni zamanda, qiymətlərin ucuzlaşması ərəblərin özlərini də bu ilin büdcəsinə yenidən nəzər salmağa və dövlət müəssisələrini özəlləşdirmək barədə düşünməyə vadar edib. Hazırda Venesueladan gələn xəbərlər fonunda WTI markalı neftin barelinin qiyməti təxminən 2,5 dollar bahalaşaraq 32,5 dollara çatıb, Brent markalı neftin barelinin qiyməti isə 35 dollardan yuxarı qalxıb.
A.Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info