İranın sanksiyadan sonra ilk neft müqaviləsi imzaladığı dövlət hansıdır?
Tarix: 05.02.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


“Komsomolskaya Pravda” nəşri yazır ki, Aralıq dənizi sahilində yerləşən ölkənin adı, hələlik sirr saxlanılır

Qərbin tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasından sonra İranın bir çox dövlətlə siyasi-iqtisadi əlaqələri sürətlə genişlənməyə başlayıb. Bir-birinin ardınca İtaliyaya, Fransaya səfərlər edən İran dövlət başçısı yeni iqtisadi razılaşmalar əldə edib. Almaniya rəsmi nümayəndə heyəti də Tehrana səfər edərək bir neçə müqaviləyə imza atıb.
Ən çox maraq doğuran məsələ İranın təbii ehtiyatlarının dünya bazarına çıxarılacağı marşrutdur. İran neft və qazının Avropa bazarına, Aralıq dənizi hövzəsinə çıxarılması Tehran üçün prioritetdir. Amma bunun üçün bir çox dövlətlər razılıq əldə edilməsi və lazımi infrastrukturun olması lazımdır. Ekspertlərin əksəriyyətinin rəyi belədir ki, Avropanın böyük maraq göstərdiyi İran qazının ixracı üçün ən optimal variant Azərbaycan ərazisi vasitəsilə Gürcüstana, oradan da Türkiyə vasitəsilə Avropaya çıxışdır. Azərbaycan artıq Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi iri kəmərlərdən istifadə edərək enerji ehtiyatlarını ixrac edir. Digər tərəfdən TANAP layihəsi, “Cənub” qaz dəhlizi ABŞ və digər Qərb dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənir. İran bu layihələrə qoşulmaqla təbii qaz ehtiyatını Avropaya ixrac edə bilər. Bu məsələ ətrafında siyasi məsləhətləşmə davam edir. Azərbaycan-İran yüksək səviyyəli görüşlərində bu məsələ ilə bağlı razılıq əldə edilə bilər. İran Rusiyaya böyük həcmdə ixracı Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirir. İran Azərbaycan dəmiryolu xəttinə birləşərək Rusiya dəmir yollarına qoşulmaq imkanı əldə edəcəyindən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı istiqamətində ciddi iş aparılır. Belə bir məqamda İranın sanksiyalardan sonra ilk neft müqaviləsi imzalaması ilə bağlı məlumat yayılıb. “Komsomolskaya Pravda” nəşri yazır ki, İran dövlət neft şirkəti Aralıq dənizi sahilində yerləşən ölkələrdən biri ilə dünən neft müqaviləsi imzalayıb. Hələlik həmin dövlətin adı sirr saxlanılır. İran neft sənayesi nazirinin müavini Roknoddin Cavadi bəyan edib ki, ölkəsinin sutkalıq neft istehsalı və ixracını 500 min barel artırması realdır. Bununla da sutkalıq ixrac 2,3 milyon barel ola bilər. Bununla da dünya neft ehtiyatının təxminən 10 faizinə sahib olan İran yenidən dünya neft bazarına qayıtmış olur. Bu amil dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcək. Amma bəzi ekspertlər hesab edir ki, indiki qiymətlər çərçivəsində İranın neftini satması sərfəli deyil və Tehran geniş ixrac üçün bir qədər gözləməlidir.
Anar Miriyev









 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info