Sabunçu məktəblilərinə “Diaspor dərsi” keçirilib
Tarix: 05.02.2016 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq icra etdiyi “Orta məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində növbəti dərs Sabunçu rayonu 94 saylı orta məktəbdə keçirildi. Öncə Sabunçu rayonu 94 saylı orta məktəbin direktoru Şəmsəddin Vəliyev DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirdi və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını dedi.
DJB sədri Fuad Hüseynzadə bildirdi ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə bu formada “Diaspor dərsi” keçirilir. “Layihənin məqsədi şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir”.
O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu dedi.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verdi.
Əbülfəz Şeydabəyov qeyd etdi ki, Diasporla İş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür: “Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”.
Beykent Universitetinin magistri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandar keçirdiyi tədbirlər haqqında məlumat verdi. O bildirdi ki, diasporumuz Azərbaycanın tarixini, mədəniyyətini, keçmişini xaricdə yaşadıqları ölkələrin ictimayyətinə çatdırmalıdır. Ə.Cahandar qeyd etdi ki, diasporumuz, eləcə də xaricdə təhsil alan gənclərimiz birlik və bərabərliklərini qorumağı bacarırlar: “Biz nə qədər bir olsaq, bir o qədər güclü olacağıq. Milli düşüncəmizlə hərəkət edib, dövlətimizə hörmətlə yanaşıb Azərbaycan üçün birləşib, bütöv olamalıyıq. Belə olsa, səsimiz dünyaya bir o qədər geniş yayılacaq. Öz-özümüzə hörmət və sayğı ilə yanaşmalıyıq ki, hər kəs də bizə sayğı və hörmətlə yanaşsın. Biz elmimiz, təhsilimizlə tanınmalıyıq. Azərbaycan gəncliyi öz elmi gücünü ortaya qoymalıdır”. Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli isə təşkilatın gördüyü işlərdən danışdı: “İki ildə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında ölkə daxilində 2, xaricdə isə 3 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20 nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib”.
Diskussiya şəraitində keçən “Diaspor dərsi”ndə şagirdləri maraqlandıran suallara cavab verilib.
Nəzərə çatdıraq ki, layihə çərçivəsində Bakının 12 məktəbində 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi”nin keçirilməsi nəzərdə tutulub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb
17.08.2019
Sabah ölkə ərazisində havanın temperaturu 40 dərəcəyə yüksələcək
17.08.2019
Ağdamda şəhid Nadir Şükürovun xatirəsi anılıb
16.08.2019
Azərbaycan sərhədçiləri təmas xəttində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub
16.08.2019
Hava proqnozunun verilməsi çətinləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info