“Azərbaycan önündə çox əziyyət çəkmədik”
Tarix: 05.02.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Görüşdən razı qaldım. 3 qol vursaq da, matçın sonunadək topa nəzarət etdik. Azərbaycan yığmasının qapıçısı gözəl oyun göstərdi”.Bunu futzal üzrə İtaliya yığmasının üzvü Daniel Giasson deyib. Avropa çempionatının final mərhələsində ilk oyunlarını Azərbaycan yığmasına qarşı keçirən italiyalılar 3:0 hesabı ilə qalib gəliblər.
Yerli mətbuata açıqlama verən Giasson qalib gəlmək üçün çox çətinliklə üzləşmədiklərini söyləyib: “AVRO-2014 bizim üçün böyük təcrübə olmuşdu. Bu da indi bizim köməyimizə çatır. Azərbaycanla görüş əla alındı. Ancaq rəqib qapıçının böyük futbolçu olduğunu deməliyəm. Ümumiyyətlə, oyunumuzla bağlı müsbət fikirdəyəm. Düzü, müdafiə olunmaqla bağlı elə də çox əziyyət çəkmədik. Müdafiəçilər etibarlı oyunla qapıçımızın işini asanlaşdırdılar. Hücumda bəzi səhvlərə yol verdik. Ancaq ümumilikdə hər şey bizim üçün mükəmməl alındı”. Millimizlə qarşılaşmada 3-cü qolun müəllifi olan Giasson bu qələbəyə baxmayaraq, arxayınlaşmadıqlarını vurğulayıb: “Arxayınlaşmaq üçün bir səbəb yoxdu. Qarşıda bizi Çexiya ilə görüş gözləyir. İndi istirahət etmək vaxtı deyil. Əgər üzərimizdə çox çalışmasaydıq, Azərbaycanla görüşü bu cür keçirə bilməzdik. Çexiya ilə matça da eyni tempdə hazırlaşacağıq”. Qeyd edək ki, İtaliya yığması qrupda son oyununu fevralın 7-də Çexiyaya qarşı keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info