Rayon abituriyentlərinin göstəriciləri Bakı və Sumqayıt məktəblərini üstələyib
Tarix: 04.02.2016 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, son qəbul imtahanında fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylərə məxsusdur. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Komissiya sədrinin sözlərinə görə, fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır. M.Abbaszadə belə rayonlara misal olaraq, Qax, Ağstafa, Oğuz, Qəbələ, Neftçala, Qazax, İsmayıllı və Salyanı göstərib. Komissiya sədri bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərib: “Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 82.33%-i, Sumqayıt şəhəri üzrə 84.58%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 45-65%-i ali təhsil müəssisələrinə sənəd verib”.
M.Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində ana dili fənni üzrə Neftçala rayonunun, ədəbiyyat və biologiya fənləri üzrə Mingəçevir şəhərinin, riyaziyyat fənni üzrə Ordubad rayonunun, fizika və kimya fənləri üzrə Qax rayonunun, tarix fənni üzrə Qazax rayonunun, coğrafiya fənni üzrə Naxçıvan şəhərinin, ingilis dili fənni üzrə isə Sumqayıt şəhərinin abituriyentləri üstünlük əldə edib.
TQDK sədri əlavə edib ki, rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb: “Müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb. Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Mingəçevir şəhəri və Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və Qax rayonu, kimyadan Şəki, Qax və Neftçala rayonları, fizikadan Qax rayonu, biologiyadan Şəki rayonu və Mingəçevir şəhəri, tarixdən Naxçıvan şəhəri, coğrafiyadan Salyan, Qax və Qəbələ rayonları bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır. Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir”.
M.Abbaszadə hesab edir ki, onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır: “Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info