“Dövlət başçısının tapşırıqları biz sahibkarların qarşısında mühüm vəzifələr qoyur”
Tarix: 05.02.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində ən mühüm şərtlərdən biri taxıl istehsalının artırılmasıdır. Bu baxımdan məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Belə müəssisələrdən biri də 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
MMC-nin direktoru Elvüsal Mahmudov AZƏRTAC-a müsahibəsində bildirib ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Asadov Capital Azerbaijan” MMC-yə məxsus taxıl terminalında icarə əsasında fəaliyyət göstərən toxumçuluq müəssisəsində Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İstehsal gücü sutkada 120 ton olan müəssisədə, həmçinin hər biri 2,5 min tonluq 4 taxıl bunkeri var. Burada toxumların təmizlənməsi, dərmanlanması və paketlənməsi həyata keçiriləcək. Bu il 5 min tondan çox toxum istehsal edilməsi nəzərdə tutulur. İstehsal edilən super elit, elit və R-1 reproduksiyalı toxumlar həm “Kraun KO-1” MMC-nin tələbatını ödəyəcək, həm də Beyləqan, Füzuli və ətraf rayonlarda taxılçılıqla məşğul olan fermerlərin toxumla təmin edilməsində mühüm rol oynayacaq.
Sahibkar bildirib ki, Füzuli rayonu ərazisində aqrotexniki qaydalara əməl olunmaqla 10 min hektarda taxıl səpini həyata keçirilib. Səpin zamanı, əsasən, yerli şəraitə uyğunlaşdırılmış “Azəri”, “Qobustan”, “Bərəkətli-95”, “Krasnodar-99”, “Nota” və digər sortlara üstünlük verilib. Taxıl əkilmiş sahələrə daim nəzarət olunur, buğdanın məhsuldarlığına və keyfiyyətinə təsir edən xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı mübarizə tədbirləri aparılır. 2015-2016-cı il taxıl istehsalı dövründə təsərrüfatda əksəriyyəti məcburi köçkünlər olmaqla, 400 nəfərə yaxın insan işlə təmin olunub.
“Dövlətimizin başçısının ölkənin taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin görülməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi, yeni intensiv texnologiyaların geniş tətbiq edilməsi kimi tapşırıqları biz sahibkarların qarşısında mühüm vəzifələr qoyur. Aqrar sahəyə, sahibkarlığa göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Yaradılan şərait müqabilində taxıl və toxum istehsalında yüksək nəticələrə nail olmağa, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməyə çalışacağıq” – deyə Elvüsal Mahmudov bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info