Azərbaycanda pambığın qiyməti artırılacaq
Tarix: 05.02.2016 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən pambıqçılığın inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq, iqtisadiyyat naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüb. İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib.
Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri pambıqçılığı təşviq etmək üçün yüksək məhsula görə digər stimillaşdırma tədbirləri ilə yanaşı, daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-nin emalçılar tərəfindən avans olaraq veriləcəyini vurğulanıb.
Bütün bunların həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq.
Qeyd edək ki, 2016-cı ildə ötən illə müqayisədə 80% çox (30 min hektar) sahədə pambıq əkilməsi planlaşdırılır. Bu 2 dəfə çox - 70 min ton xam pambıq tədarükünə, eləcə də fermerlərdən pambığın alış qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, pambıqçılıq sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfəyə yaxın artacaq.
 
Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunun  470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcəyini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info