İ.Həbibbəyli: “İki institutun birləşdirilməsi düzgün addımdır”
Tarix: 05.02.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, AMEA-nın Rəyasət Heyətində Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında qərar qəbul edildi. Bu barədə AMEA-nın ümumi yığıncağı qarşısında vəsatət qaldırılacaq. Bu institutların fəaliyyətinin nəinki oxşar, hətta tamamilə eyni olduğunu deyən İ.Həbibbəyli onların birləşdirilməsini düzgün addım sayıb. Onun sözlərinə görə, AMEA-nın digər elmi-tədqiqat qurumlarının birləşdirilməsi məsələsi bu gün gündəmdə deyil.
İ.Həbibbəyli AMEA-da yarımştat vəzifəsində çalışan işçilərin işdən azad ediləcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib. Vitse-prezident qeyd edib ki, AMEA-da lüzumsuz ştatların ləğv olunması hər zaman gündəmdə olub: “Elə ştatlar var ki, onların adı var, özü yoxdur. Lazımsız, bu cür tam və ya yarım ştat olan, ancaq formal xarakter daşıyan ştatların ləğv olunması hər zaman gündəmdə ola bilər. Akademiya hiss etsə ki, haradasa lazımsız ştat, artıq qurum (kiçik qurumlardan söhbət gedir), sektor var, onlar birləşdirilə, bağlana bilər. Çünki onlar bizə lazım deyil. Belə islahatlar daim olub, indi də ola bilər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info