H.Hüseynova: “Bələdiyyə seçkisində qadınların iştirakı artan xətlə inkişaf edir”
Tarix: 05.02.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyi münasibəti ilə  “Azərbaycanda Ailə, qadın və uşaq Siyasətinin inkişafı: 2006-2016-cı illər” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıb.
O çıxışında bildirib ki, Azərbaycan hökuməti qadın və uşaqlarının hüquqlarının qorunmasını daim nəzarətdə saxlayır: “Bu gün ölkədə qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı böyük işlər həyata keçirilir”. H. Hüseynova əlavə edib ki, Dövlət Komitəsi qadın və uşaq hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: “Bizim komitə fəaliyyətə başladığı dövrdə Azərbaycanda 2-3 qadın təşkilatı var idi. Lakin çox qısa müddət ərzində onların sayı 200-ü ötdü. Bu, bizim apardığımız ardıcıl işin nəticəsində baş verdi. İlk vaxtlar ölkədə qadınlar bələdiyyə sisteminə belə maraq göstərmirdilər. Ancaq hər bələdiyyə seçkisində qadınların iştirakı artan xətlə inkişaf edir. O cümlədən qadınlar icra hakimiyyətinə müraciət edə bilmirdilər. Daha çox kişiləri işə götürürdülər. Amma bu gün icra başçılarının müavinləri qadınlardır, böyük bir rayonunun icra başçısı xanımdır”.
Daha sonra ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Dövlət Komitəsi əməkdaşlarına medallar təqdim olunub.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, 10 il ərzində komitəyə 7796 şikayət daxil olub: “Bunlardan 2107 məhkəmə qərarlarının icrası, 1593 məişət zorakılığı, 1284-ü isə inzibati orqanların fəaliyyəti ilə bağlı olub”.
 Qeyd edək ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə yaradılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info