“ASAN könüllüləri”nin Gənclər Gününə həsr olunmuş konsert proqramı
Tarix: 05.02.2016 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı dövlət Universitetinin birgə təşkilatçılığı ilə “ASAN könüllüləri”nin 2 Fevral – “Gənclər Gününə” həsr olunmuş konserti keçirilib.
Bakı Dövlət Universitetində baş tutan konsert proqramında 5 saylı “ASAN xidmət” mərkəzinin istedadlı könüllüləri öz bacarıqlarını nümayiş etdirib.
Tədbirdə İlk öncə “Gənclər Günü”nün tarixi haqqında geniş məlumat verilib, “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncamın əhəmiyyətindən danışılıb.
Daha sonra tədbirin bədii hissəsinə start verilib. Bədii hissədə istedadlı könüllülər tərəfindən “Bəyin oğurlanması” filminin ən maraqlı səhnələri canlandırılıb, xalq və bəstəkar mahnıları ifa edilib, multikultiralizm nümunəsi olaraq dünya xalqlarının rəqslərindən ibarət kompozisiya nümayiş etdirilib, dostluq, birlik, sevgi mesajı ifadə edən pantomim tamaşası izləyicilərə təqdim olunub.
Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev bütün gəncləri 2 Fevral-Gənclər Günü münasibətilə təbrik edərək bildirib ki, Könüllülərin bütün sahələrdə nəzərə çarpan fəaliyyəti sevindirici haldır. Elvin Paşayev gənclərin intellektual səviyyələrinin yüksəldilməsində elm, təhsillə yanaşı zəngin mədəniyyətimizin də xüsusi önəm daşıdığını vurğulayıb, Könüllülərə bu təqdirəlayiq fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, konsertin əsas məqsədi yaradıcı və istedadlı könüllüləri üzə çıxarmaq, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarını artırmaq və asudə vaxtlarının səmərəli təşkil edilməsinə, şərait yaratmaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info