Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanının xidmətindən 15 min 387 sərnişin istifadə edib
Tarix: 05.02.2016 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Yanvar ayında Naxçıvan Beynəlxalq Hava Limanının xidmətindən 15 min 387 sərnişin istifadə edib, 232 min 37 kiloqram baqaj, 41 min 725 kiloqram yük və 2 min 289,27 kiloqram poçt daşınması həyata keçirilib.
Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 136 sərnişin, 2 min 373 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi üzrə 364 sərnişin və 5 min kiloqram baqaj daşınıb.
Hava limanında daim təhlükəsizlik işlərinin görülməsi və texnikaların işinə nəzarət olunması uçuşların vaxtında və təhlükəsiz təşkilini təmin edib. Ay ərzində hava gəmilərinə uçuşqabağı və sonra texniki baxış keçirilib, uçuş-enmə zolağı və dayanacaqlar mütəmadi yoxlanılıb, perronda və dönmə yollarında təmir işləri aparılıb, işıq-siqnal sisteminə və bütün növ xidməti avtomobillərə texniki baxış keçirilib, lazımi hissələr dəyişdirilib.
Aerovağzal binasında xidmətin günün tələbləri səviyyəsində təşkili diqqətdə saxlanılıb, “Şərq Terminalı”nda yeni qeydiyyat avadanlıqları quraşdırılıb, hava limanının 8 əməkdaşı Milli Aviasiya Akademiyasında teleskopik trapın idarə olunması üzrə keçirilən nəzəri-praktiki kurslarda iştirak edib.
Naxçıvan Beynəlxalq Hava Limanının bütün ərazisində yanğın əleyhinə mütəmadi tədbirlər görülür, aviasiya təhlükəsizliyi təmin olunur. Bu məqsədlə yanğınsöndürmə avtomobillərinin və nəzarət-müşahidə kameralarının istismara yararlılığı diqqət mərkəzində saxlanılır, taktiki məşğələlər keçirilir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycanda martın 26-na gözlənilən hava proqnozu açıqlanıb
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10703

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info