İsveçə 140 minədək qaçqının gəlməsi gözlənilir
Tarix: 05.02.2016 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


sveçin Miqrasiya İdarəsi bu il ölkəyə gələcək miqrantların təxmini sayına dair proqnoz verib. Yerli KİV-lərin yaydığı məlumatda bildirilir ki, həmin proqnozlara görə miqranlarla bağlı vəziyyət üç ssenari üzrə inkişaf edəcək və müvafiq olaraq ölkəyə 70 mindən 140 minədək miqrant gələ bilər.
Miqrasiya İdarəsinin baş direktoru Anders Danielson jurnalistlərə müsahibəsində deyib ki, ölkəyə 100 min miqrantın gəlməsi daha inandırıcıdır. Lakin İsveçdə 2016-cı ildə nə qədər qaçqının olacağı həm ölkənin, həm də Avropa İttifaqının siyasi qərarlarından və fəaliyyətindən asılıdır.
Hesabat hazırkı vəziyyətin təhlilini əhatə edir. Məsələn, proqnozda vurğulanır ki, qarşıdan gələn aylarda miqrantların yerləşdirilməsi problemi qalacaq, qaçqınların ərizələrinin araşdırılması vaxtı da uzanacaq.
Qeyd edək ki, 2015-ci ilin rəsmi məlumatına görə, İsveç Avropa üzrə rekord sayda - 164 min qaçqın qəbul edib. Onların yerləşdirilməsi, təhlükəsizliyinin təmini, sənədlərinin yoxlanması problemləri hakimiyyət orqanları üçün olduqca vacibdir. Təsadüfi deyil ki, İsveç hökuməti bu yaxınlarda sığınacaq istəyən qaçqınlardan 80 min nəfəri deportasiya etmək qərarını açıqlayıb. Onlar İsveçə ötən il gəliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info