“Azəryolservis”in sədri AYİB-in nümayəndələrini qəbul edib
Tarix: 05.02.2016 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Avropa Yenidənqurma və İnkişaf bankının nümayəndələri “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovla görüşüblər.
Bu barədə “Azəryolservis” ASC-dən məlumat verilib.
Görüşdə “Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi üzrə müzakirələr aparılıb.
Hazırki danışıqlarda layihə üzrə kredit sazişinin ilkin şərtləri, layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi, sosial məsələlər və köçürmə üzrə tədbirlər planı ətrafında müzakirə aparılır. Danışıqlar müsbət nəticələnərsə layihə üzrə kredit sazişinin imzalanması baş tutacaq.
Qeyd edək ki, “Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yoluna 2 zolaq əlavə edilməklə I-b texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsi çərçivəsində 16 ədəd körpünün, 20 ədəd yol qovşağının və 10 ədəd yol ötürücüsünün tikintisi planlaşdırılır.
Eni 27,5 metr olacaq yolun örtüyünün polimer asfalt-betondur olması nəzərdə tutulub. Hər bir zolağın eni 3,75 metr olmaqla ümumilikdə sayı 4, yol geyiminin qalınlığı isə təqribən 65 sm olacaq. Yol boyu hər iki istiqamət üzrə 3,75 metr enində çiyinlər və 5 metr enində ayrıcı zolağın olması planlaşdırılır.
Layihə üzrə yol boyu 80 ədəd avtobus dayanacağı, nəqliyyat vasitələri üçün 23, piyadalar üçün isə 32 yeraltı keçidin tikintisi nəzərdə tutulur. Bundan başqa layihə üzrə tikintinin aparıldığı ərazidə140 ədəd kommunikasiya və 552 ədəd müxtəlif diametrli borularının quraşdırılması aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10866

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info