Rusiya şirkətlərini özəlləşdirir
Tarix: 05.02.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Rusiya hökuməti iqtisadi böhranın təsirini “Rosneft”, “Bashneft”, “Sovkomflot”, ALROSA və VTB kimi şirkətlər özəlləşdirərək azaltmağa çalışır.
Rusiya hökuməti iqtisadi böhrandan çıxmaq üçün özəlləşdirmə siyasətini həyata keçirməyi planlaşdırır. Kremlin yaydığı açıqlamada bu siyasətin ölkə başçısı tərəfindən müəyyən edildiyi bildirilir. Buna görə, strateji önəm daşıyan şirkətlərdə nəzarət hökumətdə olmağa davam edəcək və özəlləşdirmələr nəticəsində hissələrin yeni sahibləri Rusiya Federasiyası torpaqları daxilində yer alacaq. Özəlləşdirmə nəticəsində 13 milyard dollar gəlir nəzərdə tutulduğu halda, hökumətin ölkənin qabaqcıl neft şirkətləri “Rosneft” və “Bashneft”, nəqliyyat şirkəti “Sovkomflot”, ölkənin ən böyük mədən şirkəti olan ALROSA və ən böyük ikinci bankı olan VTB kimi şirkətlərdəki hissələrini azaltması gözlənilir. Bəzi hökumət nümayəndələrinin mətbuata verdiyi açıqlamada Rusiyanın ən böyük hava yolu şirkəti “Aeroflot”, rus dəmiryolları şirkəti, “RusHydro”, “Rostelecom” və “Transneft” özəlləşdirilməsi planlaşdırılan şirkətlər arasında yer alır. Bəzi hissələrin Moskva birjasında satışa çıxarılacağı gözlənilir. Analitiklər isə özəlləşdirmə müddətində sərmayəçilərdən əsas marağı dünyanın ən böyük neft şirkətlərindən olan “Rosneft”, almaz mədənçisi ALROSA və xüsusilə də neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşıyıcısı olan dünyanın qabaqcıl şirkətlərindən olan “Sovkomflot”un görəcəyini deyirlər. Rusiya hökuməti “Sovkomflot”a bütünlüklə sahib olduğu halda, “Rosneft”in 69,50, ALROSA-nın 43,5, VTB-nin 60,9 faiz hissəsini əlində saxlayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info