“Azərbaycanı Enerji Birliyinin sıralarında görmək istəyirik”
Tarix: 05.02.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Energetika Nazirliyində Avropa Komissiyasının Enerji Birliyi katibliyinin direktoru Yanez Kopaçla görüş keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinin hazırkı səviyyəsi və gələcək perspektivləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun önəmi vurğulanaraq, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətindən və layihənin icrasının uğurlu gedişatından bəhs edilib. Bildirilib ki, neftin qiymətinin kəskin şəkildə düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edir və enerji layihələri icra olunur.
 Energetika naziri Natiq Əliyev Azərbaycanın yanacaq-enerji resurslarına olan tələbatını tam ödəyərək neft məhsulları ilə yanaşı qaz, elektrik enerjisinin ixracını da həyata keçirdiyini diqqətə çatdıraraq bildirib ki, hazırda enerji sektorunun əsas prioritetlərindən biri elektrik enerjisi ilə bağlı itkilərin azaldılması və enerji səmərəliliyinə nail olmaqdır. Bu məqsədlə Energetika Nazirliyi tərəfindən hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və son tələbatçıların enerji effektivliyi üzrə Dövlət Proqramı (2015-2025-ci illər)” və “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2015-2025-ci illər) üzrə Dövlət Proqramı" layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu istiqamətdə Enerji Birliyinin tövsiyələri və köməyindən bəhrələnmək faydalı olardı.
 Y. Kopaç isə enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsinə texniki dəstək göstərməyə, İNOGATE regional enerji proqramı çərçivəsində yeni mərhələdə əməkdaşlığın inkişaf etdirilməsinə və islahatların aparılmasına kömək etməyə hazır olduqlarını bildirib.
 Avropa İttifaqının daxili enerji bazarının genişləndirilməsi məqsədilə 2006-cı ildə təsis edilmiş Enerji Birliyində tamhüquqlu və müşahidəçi qismində ölkələrin iştirakı mövzusuna da toxunan Y. Kopaç Azərbaycanı da gələcəkdə bu sırada görməkdən məmnun olacağını diqqətə çatdırıb.
Müzakirələr əsasında gələcəkdə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Enerji Birliyi arasında Protokol”un imzalanmasına hazırlıq barədə razılıq əldə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info