“Göyçayda 270 sahibkara 11,6 mln. manat güzəştli kredit verilib”
Tarix: 05.02.2016 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: Rayonda 9,3 mini daimi olmaqla, 11,3 min yeni iş yeri açılıb”

İqtisadiyyat naziri Şahin Mustafayevin ictimaiyyət nümayəndələri ilə növbəti görüşü Göyçay rayonunda keçirilib. Açıq dialoq şəraitində keçən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak edib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. İqtisadiyyat naziri Şahin Mustafayev dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin neytrallaşdırılması üçün sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələr, vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünyadakı qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirib. 2015-ci ildə sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6% artmış, ölkə iqtisadiyyatına 20 mlrd. dollar investisiya qoyulub. Son on ildə 3 minə yaxın məktəb, 600-ə yaxın tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunub.
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının əsasını insan amili təşkil edən siyasətinə uyğun olaraq, bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Təkcə son bir ay ərzində dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Ölkədə dərman vasitələri satışının tənzimlənməsi, istehlak bazarına nəzarətin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, əmək haqlarının artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.
Sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən bölgələrin inkişafı istiqamətində mühüm tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq və bölgələrdə istehsal, emal və digər müəssisələr yaradılacaq. Heç şübhəsiz ki, Göyçay da bu layihələrin reallaşdırılacağı rayonlardandır. Belə ki, rayonda heyvandarlıq kompleksinin, intensiv bağçılıq təsərrüfatının, “yaşıl market”in və s. yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev tərəfindən Göyçay rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə imzalanmış 4 sərəncamla 10,1 mln. manat vəsait ayrılıb. Eyni zamanda əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçayın 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 5 mln. manat vəsait ayrılıb. Dövlət başçısı Göyçay rayonuna 2015-ci ildəki sonuncu səfəri zamanı şəhərə içməli suyun verilməsi mərasimində, Göyçay kiçik SES-in, Göyçay-Ucar avtomobil yolunun və xəstəxananın açılışında iştirak edib.
İndiyədək Göyçay rayonu üzrə 270 sahibkara 11,6 mln. manat güzəştli kredit verilib. Rayonda 9,3 mini daimi olmaqla, 11,3 min yeni iş yeri açılıb, 370-dən artıq yeni müəssisə fəaliyyətə başlayıb. Bununla belə, Göyçayın böyük iqtisadi potensialı var.
Nazir bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan məsələlərin araşdırılacağını və həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info