Rus ordusu kosmik təhlükələrə qarşı planlar hazırlayır
Tarix: 21.02.2013 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


ABŞ-ın “Forbes” jurnalının məlumatına görə, rus ordusu meteroitləri zərərsizləşdirməyə hazırlaşır.
Urala qəflətən gözlənilməz güclü meteroit yağışından sonra rus ordusu bildirib ki, belə obyektlər Yer kürəsinə yaxınlaşana qədər onları məhv etməyə qadir olan texnologiyaların hazırlanmasına başlanır. Xatırladaq ki, Çelyabinskə meteroit yağışı nəticəsində mindən çox insan xəsarət almışdı.
Rusiya Hava-Kosmik Müdafiəsi qoşunlarından məlumat verilib ki, fevralın 15-də gözlənilmədən düşən meteroiti məhv etmək mümkün olmasa da, gələcəkdə bunu edə biləcəklər. Qərb Hərbi Dairəsinin (QHD) Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemlərinə komandanlıq edən general-mayor İqor Makuşev bildirib ki, ordu Rusiyanı meteroit və digər təhlükəli kosmik cisimlərdən müdafiə etmək üçün tədbirlər planı hazırlayır. “Hava-Kosmik Müdafiəsi qoşunlarına belə bir tapşırıq verilib ki, bu sahədə işlər görülsün və ölkəni bu cür kənar təhlükələrdən qorumaq üçün kompleks müdafiə tədbirləri hazırlansın”, - deyə Makuşev “RİA-Novosti”yə açıqlayıb.

NASA-nın dəyərləndirmələrinə görə, fevralın 15-də Çelyabinskə düşən meteroitin diametri atmosferə daxil olarkən 15 metr olub. O, sürətlə hərəkət edərək güclü partlayışla müşayiət olunub və Günəşdən daha parlaq alovlu kürə şəklində görünüb. Rusiya televiziyalarında nümayiş etdirilən həvəskar çəkilişlərdən göründüyü kimi, əvvəlcə göy üzündə ağ zolaq əmələ gəlmiş, daha sonra tezliklə böyük kürəyə çevrilmiş və zərbə dalğası nəticəsində bütün Çelyabinski silkələmişdi. “Bu cism atmosferə daxil olana kimi heç bir sistem – nə bizim, nə amerikalıların, nə də ki optik sistemlər ta ki Günəşə tərəf yaxınlaşana qədər onu görməyib”, - deyə “RAN” Astronomiya İnstitutunun direktoru Boris Şustov bildirib.

N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info