Britaniyalılar ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyir
Tarix: 05.02.2016 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Böyük Britaniya əhalisinin 45 faizi ölkələrinin Avropa İttifaqından (Aİ) çıxmasını dəstəkləyir. Bunu “The Times” qəzetinin fevralın 5-də dərc etdiyi yeni rəy sorğusunun nəticələri təsdiqləyir.
Interfax informasiya agentliyi xəbər verir ki, Böyük Britaniyanı Aİ-nin tərkibində görmək istəməyənlərin sayı bir həftə ərzində təxminən 3 faiz artıb.
Bununla yanaşı, respondentlərin 36 faizi Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına tərəfdardır. Rəyi soruşulanların qalan 19 faizi isə öz mövqelərini hələ ki, müəyyən etməyib.
Sorğu Aİ rəhbərliyi ilə Baş nazir Devid Kemeron arasında razılaşmanın dərc olunmasından sonra keçirilib.
Bir qədər əvvəl Avropa İttifaqı Şurasının başçısı Donald Tusk Böyük Britaniyanın qurumda tələb etdiyi islahatlar barədə təkliflərini açıqlayıb. Bu təkliflər Aİ-nin 18-19 fevralda keçiriləcək sammitində müzakirə olunacaq. Onlar yalnız Avropa İttifaqına daxil olan bütün ölkələr tərəfindən təsdiq edildiyi təqdirdə reallaşa bilər.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyü məsələsinə dair referendum 2017-ci ilin sonlarından gec olmayaraq keçirilməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info