Gənc politoloq Qırğızıstan mətbuatına müsahibə verib
Tarix: 05.02.2016 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Strateji Tədqiqatlar İnstitutunun rəhbəri Ramiz Alıyev Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinə müsahibə verib.
Müsahibədə deyilir ki, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı fəaliyyət uğurla inkişaf edir. Azərbaycan və qırğız xalqlarını dil, din və mədəni dəyərlər birləşdirir.
Oxuculara məlumat verilir ki, hazırda Qırğızıstanda 20 mindən çox azərbaycanlı yaşayır. Onlar1930-cu illərdə bu torpaqlara sürgün edilən azərbaycanlıların nəvə-nəticələridir. Soydaşlarımız ölkə istisadiyyatının müxtəlif sahələrində uğurla çalışır, ana dilini və milli adət-ənənələrini bu gün də yaşadırlar. Azərbaycanlılar əsasən Bişkek, Talas və Kara-Balta şəhərlərində yaşayırlar. Onların arasında tanınan həkimlər və sahibkarlar az deyil.
Azərbaycanlı politoloq qeyd edir ki, ölkələrimiz arasında diplomatik əlaqələrin təməli 1993-cü il yanvarın 19-da qoyulub, 2007-ci ildə Azərbaycanın Qırğızıstandakı səfirliyi açılıb. Bundan bir il sonra isə Qırğızıstan Azərbaycanda öz səfirliyini yaradıb. İkitərəfli əməkdaşlığın indiki səviyyəyə qalxmasında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin danılmaz xidməti olub. Ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 52 müqavilə və saziş imzalanıb. Qırğızıstan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və İslam Əməkdaşlıq Təşkilatı, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, TürkPA və digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Prezidentlər İlham Əliyev və Almazbek Atambayevin beynəlxalq tədbirlərdəki görüşləri əməkdaşlığımızın inkişafına yeni təkan verib.
Müsahibədə iki ölkə arasında əlaqələrin inkişafı, Qırğızıstan iqtisadiyyatının indiki vəziyyəti və bir sıra digər məsələlərə də aydınlıq gətirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info