Kəmaləddin Heydərov Salyanda görüş keçirib
Tarix: 05.02.2016 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Salyan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əvvəlcə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, icra başçısı Tahir Kərimov və millət vəkilləri ulu öndər Heydər Əliyevin heykəlinin önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
 Baş tutan görüşdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, sahibkarlar və rayon ictimaiyyəti iştirak edib.
 Salyan Şəhər İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək, son illər rayonda müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sektorunda gedən inkişafdan, aparılan quruculuq işlərindən, yeni salınan körpülərdən, aralıq yollarından və bir sıra infrastruktur layihələrin həyata keçirilməsindən danışıb.
Nazir Kəmaləddin Heydərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib. Nazir bu layihələr sırasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblərin tikintisini, nəhəng infrastruktur layihələrin həyata keçirilməsini qeyd edib, bu layihələrin vətəndaşların rifahına xidmət etdiyini vurğulayıb.
 Nazir son vaxtlar dünya bazarında xam neftin qiymətinin düşməsinin digər neft ölkələri kimi Azərbaycanın iqtisadiyyatına da təsirsiz ötüşmədiyini qeyd edərək, prezident İlham Əliyevin son vaxtlar imzaladığı fərman və sərəncamlara diqqət çəkib: “Görülən çevik tədbirlər bir daha göstərir ki, Azərbaycan yaranan vəziyyətdən rahat çıxa bilmək üçün düzgün istiqamətdə irəliləyir”.
 Ölkədə həyata keçirilən sosial-iqtisadi layihələrdən, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlər, sahibkarlığa göstərilən dövlət qayğısından danışan nazir bildirib ki, bölgələrdə keçirilən görüşlərin məqsədi də məhz prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır.
 “Salyan rayonunun böyük potensialı var. Rayonda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm işlər görülüb, bu işlər davam etdirilməlidir ”, - deyə K. Heydərov bildirib.
 Nazir bildirib ki, Kür boyu su nəqliyyatının bərpa olunması, əlavə olaraq balıqçılıq təsərrüfatlarının və istixanaların yaradılması da mümkündür. O, prezidentin banklar tərəfindən bu sahələrə güzəştli kreditlərin verilməsi ilə bağlı tövsiyyəsinin olduğunu da xatırladıb.
 Nazir sahibkarlara müraciət edərək FHN-lə bağlı bütün sualları cavablandırmağa və problemləri həll etməyə hazır olduğunu qeyd edib.
 Nazir yerli məmurların da sahibkarlara və vətəndaşlara diqqətlə yanaşmasının, onların problemləri ilə dərhal maraqlanmalarının vacibliyini vurğulayıb: "Cənab prezident dəfələrlə bunu qeyd edib. Məmurlar xalqın xidmətçisidir. Bütün məmurlar, o cümlədən yerli icra strukturları vətəndaşların, həmçinin sahibkarların müraciətlərinə dərhal və həssas münasibət göstərməlidirlər".
 
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info